Xəbər lenti

 

ABŞ-ın xam neft idxalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 608 min barel artımla 8,16 milyon barelə çatarkən, ixracı da gündəlik orta hesabla 473 min barrel artaraq 2,44 milyon barrelə çatdırıb.

Ovqat.com ABŞ mərkəzli Enerji İnformasiyaları Agentliyinə (EİA) istinadən xəbər verir ki, ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 5 min barel azalıb. Bu düşüş Alyaska ştatındakı istehsal azalmasından qaynaqlanıb, digər əyalətlərdə isə dəyişiklik olmayıb.

 Bildirildiyinə görə, 17-23 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik 11,7 milyon barrelə - ölkə tarixində rekord səviyyəyə yüksəlib.

EIA  "Noyabr 2018 Qısa Dövr Enerji Mənzərəsi” adlı hesabatında onu da bildirib ki, görə, bu il ölkənin gündəlik xam neft hasilatı 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel olacaq. Bu isə gələn ilə bel bağlayanların ümidinin tamamilə boşa çıxması deməkdir. “Qara qızıl”ın qara günləri əsl gələn il başlayacaq.

EİA-nin bu məlumatları açıqlanan kimi qlobal neft bazarında da düşüşlər başlayıb. Brent markalı neft bu gün 57.79 $-a qədər enib. Qısa müddətdən sonra toparlanan qiymətlər hazırda 58.00-58.10 $ arasında var-gəl edir.

Mütəxəssislərin fikrincə, sabah başlanması gözlənilən G-20 sammitinin növbəti iclasının nəticələrindən asılı olaraq qiymətlər daha kəskin dəyişilə bilər. ABŞ Prezidenti Donald Trampın çinli həmkarı ilə görüşü müsbət nəticələnsə, bu, qlobal enerji bazarında istehsalın artacağı, dolayısıyla tələbin təklifi üstələyəcəyi kimi qəbul olunacaq və “qara qızıl” bahalaşacaq. Yox, əgər aradakı soyuqluq davam edər və ya kəskinləşərsə, bunun mənfi təsirini ilk hiss edən neft birjaları olacaq.

Qeyd edək ki, son illər beynəlxalq neft bazarına nəzarət tamamilə ABŞ-ın əlinə keçib. ABŞ  dünyanın ən çox neft hasil edən ölkəsi olmaqla yanaşı, başqa ölkələrinin də resurslarına böyük ölçüdə nəzarət edir. O, həm də dünyanın ən çox neft ixrac edən ölkəsidir.




Ana səhifəyə qayıt        Baxış: 491          Tarix: 29-11-2018, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma