Xəbər lenti

 

“Burdan İraq əleyhinə təxribatda və bizi vurmaq üçün İraqa pilotsuz təyyarə göndərilməsində əli olan Azərbaycan hakimiyyətinə səslənirəm! Elə düşünürlər ki, bizim onlara əlimiz çatmır. Onlara deyirəm ki, səhv etdiniz. Böyük səhv etdiniz. Biz cavab üçün cavab üçün gözləməyəcəyik və devimiz aydındır. Ölkəmizə təcavüz edən hər kəsin harda olsa cavabını veririk, arxasınca düşürük”.

Ovqat.com xəbər verir ki, bunu  Həşdi-Şabi liderlərindən olan Seyid Həmid əl-Hüseyni İranın Qum şəhərində hər il keçirilən ənənəvi Ərbəin mitinqində etdiyi çıxış zamanı bildirib.

Əl-Hüseyni “kiçik dövlət” hesab etdiyi ölkəmizə qarşı açıq təhdid içərən çıxışında vurğulayib ki, Azərbaycanda İsrail yuvası fəaliyyət göstərir: “Həmin yuva İraq əleyhinə təxribat törədir, silah anbarlarını hədəfə alır. Biz buna icazə verməyəcəyik! Bunu sizin qarşısınızda deyirəm”.

 Qeyd edək ki, Seyid Həmid əl-Hüseyni Həşdi-Şabinin mədəni-maarif üzrə müavini, İraq Televiziya və Radio Birliyinin Baş katibidir. Həşdi-Şabinin möminlərdən təşəkkül tapdığını və döyüşçülərin yetişdirilməsində dini təbliğatın mühüm yer tutduğunu nəzərə alsaq, aydın olar ki, mədəni-maarif işi qurumun ən mühüm fəaliyyət  sahəsidir. Deməli, əl-Hüseyni də bu qurumda kiçik vəzifə daşımır.

Həşdi-Şabi İraqda İŞİD işğalını dayandırmaq məqsədilə şiə dünyasının ən böyük din adamı Sistaninin çağırışı ilə qurulub. Əsasən şiələrdən təşəkkül tapan bu könüllülər ordusu İranın da dəstəyi ilə qısa müddətdə İŞİD-in Bağdada irəliləyişinin qarşısını alıb və bir neçə ildən sonra Mosul əməliyyatı ilə onun İraqdakı varlığına son qoya bilib. Hazırda Həşdi-Şabinin tərkibində onminlərlə döyüşçü var və mübarizə metodlarından biri də sui-qəsdlər törətməkdir. Odur ki, Həşdi-Şabinin bu təhdidi ciddiyə alınmalı, önləyici tədbirlər görülməlidir.




Ana səhifəyə qayıt        Baxış: 4 554          Tarix: 29-09-2019, 00:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma