Xəbər lenti

  

İraqda etirazçılarla təhlükəsizlik qüvvələri arasında ötən aydan bəri davam edən qarşıdurmalar nəticəsində indiyə qədər ən 319 nəfər öldürülüb.

Ovqat.com xəbər verir ki, bunu İraq Parlamentinin İnsan Haqları Komissiyası rəsmən açıqlayıb.

Qarşıdurmaların ağır nəticəsi barədə rəsmi bir qurumun həqiqətləri etiraf etməsi İraq hökumətinin islahatlara başlayacağı, qəzəblənmiş və ölümü gözə alan xalqın iradəsi ilə artıq razılaşmaq məcburiyyətində qaldığı kimi yozulur.

Maraqlıdır ki, ölkənin digər dövlət qurumlarından gələn xəbərlər də bu ehtimalı qüvvətləndirir. İraqdan gələn digər məlumatlara görə, Bağdadın Sülh sarayında bu gün prezidenti, Baş nazir, Məclis sədri və Ali Məhkəmə Şurası rəhbərinin iştirakı ilə yığıncaq keçirilib. İraq PA-nın bildirilib ki, toplantıda çıxış edən iştirakçılar dinc xalq etirazlarını haqlı sayıb və bunu onillərlə davam edən zülm, müharibə, zorakılıq və korrupsiya faktlarına qarşı siyasi islahatlar tələbi kimi qəbul ediblər.

İraq siyasi rəhbərliyi həmçinin dinc etirazların təhlükəsizliyinin təmin olunacağını və zorakılığa əsaslanan tədbirlərdən tamamilə imtina etdiklərini vurğulayıblar. Bununla əlaqədar yayılan rəsmi bəyanatda Baş nazir Adil Ədbülmehdinin Silahlı Qüvvələrin Baş Komandanı olaraq verdiyi əmr və göstərişlərə işarə edilərək, əsl güllələrin və hər cür zorakılıqdan istifadənin qəti qadağan olunduğu bildirilib.

Qeyd edək ki, İraqın bütün şəhər və rayonlarını bürüyən etiraz aksiyalarında hökumətin istefası və İrana bağlı silahlı qüvvələrin ölkədən tamamilə çəkilməsi tələbi qarşıya qoyulur. Etirazçıların qarşısı isə əsasən Həşdi-Şabi qüvvələri tərəfindən alınır və aksiyaların dağıdılması üçün zaman-zaman həqiqi mərmilərdən istifadə olunur. İraq hökumətinin ən yüksək rəsmilərinin bugünkü toplantıları onların da artıq bu vəziyyətdən cana gəldiklərini və xalqın yanında dayanmaq əzmlərini göstərir. Rəsmi Bağdadın bu mövqeyi İranı geri çəkilməyə məcbur edə bilər. Nədən ki, İranın indiyədək əlindəki yeganə kozırı rəsmi Bağdad tərəfindən bu ölkəyə dəvət olunması idi. İndi bu bəhanə də İranın əlindən çıxır.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 275          Tarix: 10-11-2019, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma