Xəbər lenti

 

Dünyanın hər yerində olduğu kimi, Naxçıvanda da Yeni il xüsusi atəşfəşanlıqla qarşılanıb.

Amma deyəsən Naxçıvandaki Yeni il atəşfəşanlığı qeyri-adiliyi ilə tarixə düşəcək.

Məsələ burasındadır ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektinin mərkəzində quraşdırılmış fişənglər göyə deyil, insanlara sarı partlayıb.

Ovqat.com-un məlumatına görə, fişənglərin tərsinə partlaması nəticəsində Naxçıvan şəhərində gərgin anlar yaşanıb. Bayram meydanı dəhşətli müharibə səhnəsini xatırladıb.

Bənzər videolarla bu linklərdən tanış ola bilərsiniz:

https://www.instagram.com/p/B6wRvMMnCnW/?igshid=vet9135xgqpv

https://www.facebook.com/heyder.oguz/videos/pcb.2647191425367303/2647191342033978/?type=3&theater

Bildirilir ki, Muxtar Respublika rəhbərliyi bütün güc strukturlarını fövqəladə toplantıya çağırıb. İnsidentin səhlənkarlıqdan, yoxsa planlı təxribatdan qaynaqlandığı araşdırılır.

Tərs atəşfəşanlıq nəticəsində vətəndaşların sağlamlığına zərər dəyib-dəyməməsi barədə hələ ki heç bir məlumat yoxdur.

 




Ana səhifəyə qayıt        Baxış: 1 591          Tarix: 1-01-2020, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma