Xəbər lenti
Dünən, 19:25

 

ABŞ BMT-yə İranla qeyd-şərtsiz görüşməyə hazır olduqlarını bəyan edən məktub göndərib.

Ovqat.com-un məlumatına görə, məktubda Qasim Süleymaninin öldürülməsinin ABŞ-ın məşru müdafiə hüququndan doğduğu vurğulanıb.

İran hərbi qüvvələrinin İraqdakı 2 ABŞ hərbi bazasını vurmasından sonra hər kəs Vaşinqtondan cavab zərbəsi gözlədiyi halda BMT-yə göndərilən bu məktub təəccüb doğurur və bir müddət əvvəl rəsmi Tehranın irəli sürdüyü bəzi iddialara haqq qazandırır. İran rəsmiləri dəfələrlə vurğulayıblar ki, ABŞ onlarla müzakirə masasına oturmaq üçün dəridən-qabıqdan çıxır; gah şəxsən özləri, gah da İsveçrənin İrandakı səfirliyi tərəfindən açıq mesajlar göndərir. İran isə bütün bu israrlı “xahiş-minnətləri” rədd edir. Görünən budur ki, Qasim Süleymaninin öldürlüməsi də İranı masaya çəkmək məqsədi daşıyırmış. Di gəl ki, İranın gözlənilməyən reaksiyası Tramp hakimiyyətinin bütün ümidlərini alt-üst etdiyindən Vaşinqton BMT-ni vasitəçi kimi hərəkətə gətirmək məcburiyyətində qalıb.

 

Tramp hakimiyyətinin bu qədər çarəsiz vəziyyətə düşməsi rəsmi Vaşinqtonda yaranan ikitirəlikdən də qaynaqlana bilər. Belə ki, Qasim Süleymaninin öldürülməsi ABŞ Konqresində də xoş qarşılanmamış və bir çox konqresmenlər Trampı ciddi tənqid atəşinə tutmuşdular. Hətta Trampın müharibə elan etmək hüququnun məhdudlaşdırılması barədə qətnamə layihəsinin hazırlanması belə gündəmdə idi. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünən prezident Donald Trampın İrana atacağı hərbi addımları məhdudlaşdırmaq üçün "müharibə səlahiyyətləri qanunu" hazırladıqlarını açıqlamışdı. Pelosinin sözlərinə görə, bu həftə həmin qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Layihə əvvəlcə alt komitədə, daha sonra Nümayəndələr Palatasının Baş Assambleyasında səsverməyə təqdim olunacaq.

 

İran generalı Qasim Süleymani sui-qəsdini Konqreslə məsləhətləşmədən həyata keçirildiyini söyləyən xanım Pelosi Tramp rəhbərliyinin bu hərəkətini təxribatçı və qızışdırıcı addım kimi qiymətləndirmişdi.

Belə görünür ki, ABŞ-da biriləri Trampı bitirmək üçün ona Qasim Süleymani sui-qəsdini törətdirib və artıq onun özünün də sıradan çıxarılması prosesi başlayıb. Sui-qəsddən sonra ABŞ-ın atacağı bütün geri addımların Trampın belinə yazılacağı və 2020-ci il prezident seçkilərində ikinci dəfə seçilmək şansının əlindən alınacağı gözlənilir.

***

Qeyd edək ki, məktubu bu gün ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kelli Kraft qurumun Baş katibinə yollayıb. Məktubda yazılıb: “İran rejiminin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaması üçün ön şərt olmadan İranla danışıqlarda iştirak etməyə hazırıq”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 953          Tarix: 9-01-2020, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma