Xəbər verdiyimiz ki, günlərdir İstanbul hava limanında gecələyən azərbaycanlı tələbələr Bakıdan onları ölkəyə gətirmək üçün göndəriləcək təyyarəni gözləyirlər. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və AZAL tərəfindən tamamilə yalnız buraxılan tələbələr etinasızcasına öz ümidlərinə buraxılmalarına etiraz aksiyası keçirərək rəsmi Bakıya onların bu ölkənin vətədaşları olduqlarını xatırlatmağa çalışıblar. Amma hələ ki, səsləri nəinki Bakıya, heç İstanbuldakı Baş Konsulluğa belə gedib çıxmır.
Tələbələr bu etinasızlığa etirazlarını möhtəşəm mitinqlə ortaya qoyublar.
FOTO-FAKT: Tələbələr hava limanında gəcələyirlər
Baş konsulumuz isə sərgi keçirir
Gənclərimizin Ovqat.com-a verdikləri məlumata görə, onlar etirazlarını Azərbaycan Himnini səsləndirməklə dilə gətiriblər. Məqsədləri isə özlərinin Azərbaycana bağlı olduqlarını nümayiş etdirməkdir.
Tələbələr yazırlar (Olduğu kimi):
“Biz Vətənimizin Övladıyıq! Azərbaycan Vətandaşıyıq!
Başqa Sözə Ehtiyac Yoxdu Bu Video Hər Şeyi Göstərir!
Siz Hələ də Bizim Bakıya Qayıtmağımız Üçün Çarə Tapmayın! 4 Gün!
Düz, 3 gündü 1000-lərlə tələbələr, vətəndaşlar İstanbul hava limanında çarəsiz qalıblar!!! Bu gün dayana bilməyib etiraz etdik!!!
Artıq bəsdi, susduq! Nə AZAL hava yolları, nə konsolosluq heçnə etmir! Utanc verici!!!”
Tələbələr bu mesajlarının hər kəs tərəfindən paylaşılmasını xahiş edirlər.
Paylaş: