Xəbər lenti

  

 

Amerika ümumi sağlamlığı təkəbbürlü siyasi məqsədlərə qurban verməkdən çəkinməlidir. Çünki, bu cür rəftar əxlaq və beynəlxalq normalara ziddir”.
Ovqat.com
xəbər verir ki, İranın Azərbaycandakı Səfirliyinin bu gün yaydığı bəyanatda belə deyilir.

Səfirliyin fikrincə, mahiyyətindən asılı olmayaraq dünyanın bütün ölkələrindəki siyasi partiyalar və demokratiyanın əsas sütunları olan KİV-lər Amerika dövlətinin bu qeyri-qanuni əməlinə qarşı çıxmalı və bu addımı yüksək səslə pisləməlidir: “Amerika öz iddialarının əksinə olaraq, ictimai rəyi aldatmaqla məşğuldur. Amerika düşünülmüş və məqsədli sanksiyaları ilə İran xalqını beynəlxalq yardım, hətta tibbi ləvazimatlar və avadanlıqlar almasının qarşısını alır. Amerika beynəlxalq sağlamlığın inkişafı yolunda dayanan maneələri aradan qaldırmalıdır”.

 

Bəyanatda koronavirusun ABŞ tərəfindən meydana gətirilən beynəlxalq təhdid olduğu vurğulanan bəyanatda ortaq təhlükəyə qarşı birgə fəaliyyət təklif olunur: “Qeyrətli Azərbaycan xalqı! Koronavirus beynəlxalq təhdiddir və bu beynəlxalq təhdidlə mübarizə beynəlxalq əməkdaşlıq tələb edir. Amerika Birləşmiş Ştatlarının İran xalqına qarşı qanuna zidd sanksiyaları sözügedən virusla mübarizə üçün beynəlxalq həmrəylik yolunda bir maneədir. Bu kampaniya ona görə təşkil olunmuşdur ki, siz aşağıda göstərilən formu dolduraraq bu kampaniya qoşulasınız”.

http://corona2plus.com/Corona2/En/Petition/




Ana səhifəyə qayıt        Baxış: 1 952          Tarix: 30-03-2020, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma