Xəbər lenti
 

Aprel döyüşləri. Yəqin bir çoxlarımız bilmirik ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan və cəmi 4 gün davam edən bu döyüşlər adi bir hərbi əməliyyat deyildi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hazırlanıb həyata keçirilən və daha sonra başda Rusiya olmaqla xarici erməni havadarlarının təzyiqilə sona çatdırılmadan dayandırılan bu döyüşlər həm də bir qisas əməliyyatı idi. Söhbət Kəlbəcərin qisasından gedir.





Məlum olduğu kimi, ermənilərin Kəlbəcəri işğal əməliyyatının da əmri məhz aprelin 1-də verilmiş, aprelin 2-nə keçən gecə başlanmışdı. 1 həftə davam edən bu işğal əməliyyatı nəticəsində 60 minə yaxın insan yurd-yuvasından didərgin salınmış, yüzlərlə dinc əhali öldürülmüş, girov götürülmüşdü. Azərbaycan ordusu bu qeyri-bərabər döyüşlərdə bir neçə gün qəhrəmancasına vuruşsa da, sonunda özündən 15 qat üstün olan düşmən qüvvələrinin hücumlarını dəf edə bilməmiş, ən azı 450 əsgərimiz şəhid olmuşdu. Aprelin 3-də (bəzi mənbələrdə aprelin 2-də) Kəlbəcəri ələ keçirən ermənilər əsir götürülən yüzlərlə qoca, qadın, uşaq demədən əksər girovları ya qətlə yetirərək, ya da diri-diri basdırmışdılar. 



Azərbaycan xüsusi xidmət orqanlarının üzə çıxardığı məlumatlar da bu faktı təsdiqləyir. Məlumatlardan aydın olur ki, 1993-cu il aprelin 6-7-də Ermənistan Respublikasının Vardenis  (Basarkeçər) rayonundakı Ermənistan Respublikasının silahlı qüvvələrinə aid qərargahın "QSM-7" radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan") əsir götürülmüş yaralı əsgər və dinc sakinlərin basdırılması əmri verilir. Məqsəd isə Kəlbəcərin işğalını bölgəyə səfər edən beynəlxalq müşahidəçilərindən gizlətmək olub. Əmr erməni vəhşiləri tərəfindən qeyd-şərtsiz yerinə yetirilir, yaralı qadın və uşaqlar belə acımazsızcasına diri-diri dəfn edilirlər. 



Üzərindən 23 il keçəndən sonra Azərbaycan ordusunun eyni gündə başlatdığı əməliyyat da gecikmiş intiqamımız olacaqdı. Sözsüz ki, Azərbaycan əsgəri sivil xalqa toxunmadan Qarabağdakı erməni vətəndaşlarımızı belə, özünün girovuna çevirən Ermənistan ordusunun əsgərlərini torpağımızdan silib atmağı planlaşdırırmış. Ordumuz bir neçə günlük əməliyyat nəticəsində bu hədəfə yaxınlaşmasına rəğmən dövriyyəyə girən xarici qüvvələrin basqıları nəticəsində döyüşü yarımçıq kəsməyə məcbur olmuşdu. Görünür, elə buna görə də planlaşdırılan qisasın sonraya saxlanılan elanına da ehtiyac duyulmamışdı.



Azərbaycan xalqının alnına yazılmış bu qisasın tarixçəsi barədə daha ətraflı məlumat almaq istəyirsinizsə, İTV-nin hazırladığı “QSM-7-dən gələn ölüm” sənədlini filmi izləyə bilərsiniz. 





Ana səhifəyə qayıt        Baxış: 4 131          Tarix: 9-04-2020, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma