Xəbər lenti

  

 “Son günlərdə Türkiyə ələvilərinin dəvəti ilə bu ölkəyə səfər etdim və üç gün onların yanında oldum. Səfərdə məqsəd Səfəvi hökumətinə aid 40 cildlik kitabın çap edilməsi üçün danışıqlar və razılaşmanın imzalanması idi.”

Ovqat.com Qafqaz.ir-ə istinadən xəbər verir ki, Ərdəbil imam cüməsi Ayətullah Amili ötən cümə xütbəsində belə deyib.

Onun bildirdiyinə görə, Səvəfi dövlətimə aid xeyli sənəd Osmanlı dövlətinə aid  arxivdədir. “Həmim arxivdə Səfəvilər və Ərdəbillə bağlı 5200 sənəd var və bu, 40 cilddə çap olunacaq. İki il bundan əvvəl də Ankara ələvilərinin iştirakı ilə “Ərdəbillilər” adlı 4 cild kitabın təqdimatı keçirildi. İranda heç bir şəhər belə bir tarixə malik deyildir ki, digər ölkələrin vətəndaşları onun iftixarlı keçmişi barədə bu həcmdə kitab çap etmiş olsun. Bu məsələ Səfəvilər dövründə Ərdəbilin çox parlaq bir tarixinin olduğunu göstərir.”

Ərdəbilin imam cüməsi bildirib: “Biz bütün gücümüzlə Ərdəbil əyalətinin tarixini, əziz, böyük və əzəmətli İranın formalaşmasında bu yurdun məqamını və əcdadlarımızın rolunu tanıtmaq istəyirik. Sözügedən 40 cildlik kitab təhqiqatçılar, xüsusilə də tarix fakültəsinin tələbələri üçün dəyərli mənbə olacaq.”

 

İmam cümə deyib: “Biz bu işlə İran, Səfəvilər və iftixarlı Ərdəbil əyalətinə böyük xidmət göstərdik. Bundan sonrası isə təhqiqatçıların öhdəsinə düşür.”

 

Ayətullah Amili xütbələrinin digər hissəsində Qərbi Asiyada baş verən hadisələrə və Trampın “əsrin sazişi” planına münasibət bildirərək deyib: “Tramp bu həftə İrana iki böyük xidmət göstərdi. Onlardan biri “əsrin sazişi” planının açılışı idi. Ərəblər onu əsrin oğurluğu və Tunisin yeni prezidenti onu əsrin zülməti adlandırdı. Bu plan (həyata keçərsə) Fələstini məhv edir və sionist rejimini dirildir.

 

Amerikanın İranla qarşıdurmasının pik həddində bu hərəkəti İrana böyük hədiyyə idi. Çünki Fələstinin İrandan başqa hamisi yoxdur. Nəticədə müqavimət cəbhəsi bərk gücləndi, İslam aləmi İrana böyük xilaskar, olduqca ideal bir ölkə kimi baxır. Bütün İslam ölkələrində İrandan danışılır.

 

Bu planın ikinci böyük yaxşılığı ondan ibarətdir ki, ərəb ölkə başçılarının və bir çox İslam ölkələri başçılarının çirkin və mənfur simalarını açıq göstərdi, sübut etdi ki, müsəlmanların izzəti üçün təkcə bir yol qalmışdır və o da müqavimət cəbhəsidir.”

 

İmam cümə deyib: “Biz inanırıq ki, əsrin sazişi planının sonu yoxdur. Türkiyə, İraq, Malayziya, Yəmən, Liviya, Fələstin, Tunis, Mərakeş və bütün dünya müsəlmanları bu plana qarşıdır. Cəmi 100 gündür ki, prezident sarayına daxil olmuş Tunis prezidenti dedi: Fələstin məhsul, ya bağ deyil ki, onun üzərində müamilə olunsun.”

 

Ayətullah Amili sonda deyib: “Demokratiya və azadlıq şüarları az qala göyə çıxan Amerika məntəqə üçün sülh və sabitlik istəyirsə, onda Fələstin problemini səsvermə yolu ilə həll etsin. Buradan məlum olur ki, onlar demokratiyanı demokratiya üçün deyil, öz qanunsuz maraqları üçün istəyirlər.”




Ana səhifəyə qayıt        Baxış: 1 202          Tarix: 3-02-2020, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma