Xəbər lenti
Dünən, 21:35
Dünən, 19:25
Dünən, 18:10
Dünən, 15:33
Dünən, 13:13
Dünən, 11:35
Dünən, 11:00
29-12-2024, 23:50
29-12-2024, 22:30
29-12-2024, 21:22
29-12-2024, 21:05
29-12-2024, 20:24
29-12-2024, 19:19
29-12-2024, 18:32
29-12-2024, 15:46
29-12-2024, 14:59
29-12-2024, 13:21
“Hansısa bir məmuru yaş həddinə görə işdən çıxarmaq islahat deyil, ən adi qanuni normaların tətbiqidir”.
Bunu Ovqat.com-a açıqlamasında Azərbaycanda aparılan islahatları şərh edən Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.
Partiya sədrinin fikrincə, Azərbaycanda hakimiyyətdaxili hesablaşmaların təzahürü kimi ortaya çıxan kadr dəyişikliyinə islahat adı vermək kimlərinsə öz əməllərinə haqq qazandırmaq cəhdidir və həqiqəti əks etdirmir. Bununla da islahat məfhumunun mahiyyətinə kölgə salınır və hakimiyyətin öz iş prinsipini dəyişdirmək istəmədiyini göstərir.
“İslahat üçün ilk növbədə siyasi iradə olmalıdır. Ölkə rəhbərliyi bunu istəməli və məqsədinə uyğun olaraq atılacaq addımların hüquqi əsası yaranmalıdır. Azərbaycanda isə bunu həyata keçirə biləcək mexanizm yoxdur”,-İlyas İsmayılov belə deyib.
Hər hansı ölkədə istənilən siyasətin hüquqi bazasını yaradan hakimiyyət qolunun parlament olduğunu bildirən İlyas İsmayılov Azərbaycan Milli Məclisinin bu gözləntilərə cavab vermədiyi qənaətindədir: “Bu ilin əvvəlində keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı qərar veriləndə cəmiyyətdə həqiqi islahatların başlanacağına ümidlər formalaşmışdı. Hər kəsin böyük ümidlə baxdığı və xeyli insanın namizəd kimi iştirak etdiyi seçkilər geridə qaldı. Amma həmin seçkilər də total indiyədək görünməmiş şəkildə saxtalaşdırıldı. Özünü buraxan keçmiş heyətin böyük əksəriyyətinə yenidən mandat verərək, deputat təyin etdilər. Mən “təyin etdilər” sözünün ehtiva etdiyi anlamın fərqində ola-ola bu sözü deyirəm və hər hansı texniki səhvə də yol vermirəm. Çünki bu seçkilərə seçki demək olmazdı. Seçki şousu üzərində icra olunan təyinat nümayişi və qələbəsi əvvəlcədən müəyyənləşdirilən “seçilmişlərin” tacqoyma mərasimi idi. Təsadüfi deyil ki, seçkinin nəticələrini Milli Şuranın sədri Cəmil Həsənli 3 faizlik fərqiylə MSK-dan 20 gün qabaq elan etmişdi. Cəmil müəllimin 3 faizlik yanılmasının “günahı” isə onda yox, bəzi namizədlərin səhv hərəkətləriylə “özlərini yandırmasında” idi. Ölkə rəhbərliyi Cəmil Həsənlinin bu ifşasından sonra seçkiləri dərhal dayandırmalı və yeni seçkilərə qərar verməli idi”.
İlyas İsmayılov onu da vurğulayıb ki, parlamentin yeni deputatlarından da gözü su içmir: “Onların əksəriyyəti dövlət idarəetməsində təcrübəsi olmayan adamlardır. Birdən-birə gəlib deputat olublar. Mandatı da öz gücləri hesabına deyil, hakimiyyətdəki hamilərinin vasitəsilə alıblar. Belə insanların müstəqil şəkildə qanunvericilik bazası yaradacağına inanmaq sadəlövhlük olardı”.
Partiya sədrinin diqqətini ən çox cəlb edən isə parlamentin yeni spikeri Sahibə Qafarovanın sözləri olub: “Rəsmi mətbu orqanlarında oxudum ki, Milli Məclisin sədri deyib: “Prezident İlham Əliyevin tövsiyələri bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirir”. Yəni bu xanım açıq şəkildə bildirir ki, biz Prezident Administrasiyasının bir uzantısı olacağıq. PA-dan nə layihə gələcəksə, biz də onu təsdiqləyəcəyik. Belə bir vəziyyətdə hansı islahatlardan danışmaq olar? Bir parlament ki icraedici orqanın notarial xidmətini həyata keçirir, ondan hüquqi dövlətçiliyin hüquqi bazasını yaradacağını gözləmək olarmı? Məncə, Azərbaycan hakimiyyəti həqiqi islahatlar arzusundadırsa, parlamenti yenidən buraxmalı və yeni ədalətli seçkilər keçirməlidir. İslahatlara ilk növbədə qanunverici bazanın formalaşdırılmasından başlanılmasa, heç bir nəticə əldə etmək mümkün deyil”.
Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov saytımız vasitəsilə dəfələrlə bu barədə fikirlərini bəyan etmiş, islahatlarla bağlı öz mülahizə və təkliflərini vermişdir. Nə yazıq ki, onun təklifləri indiyədək diqqətə alınmayıb.
Həmin təkliflərin bəziləriylə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
İlyas İsmayılov kölgə iqtisadiyyatı ilə mübarizənin yolunu göstərdi: “Bu rejimlə mümkün deyil”
İlyas İsmayılov: “Oqtay Əsədovda zərrə qədər ləyaqət varsa, istefa verməlidir!”
İlyas İsmayılov: “Bu kadr dəyişiklikləri islahat deyil, sülalə hakimiyyətini möhkəmləndirmək cəhdidir”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər