Xəbər lenti

 
Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının Aşqabad sammitində çıxışı zamanı İrəvanın mərkəzində alman faşistlərinə satqınlıq edən Qaregin Njdeyə abidə qoyulması ilə bağlı səsləndirdiyi fikirlər rəsmi Bakı ilə İrəvan arasında yeni polemikaların başlamasına səbəb olub.
 
Xatırladaq ki, Prezidentin həmin çıxışına münasibət bildirən Paşinyan faktiki olaraq Qaregin Njdeni müdafiə etmiş, onun faşistlərə qoşulmasını almanların Türkiyəyə qarşı mübarizəni təşviq etmək məqsədi daşıdığını iddia etmişdi. Paşinyan həmçinin Məmməd Əmin Rəsulzadənin də faşistlərlə əməkdaşlıq etdiyini demiş və Azərbaycanın da onu  qəhrəmanlaşdırdığını bildirmişdi.
 
Ovqat.com xəbər verir ki, BMTM sədri Fərid Şəfiyev Paşinyanın bu arqumentlərindəki bir sıra yalanları ortaya çıxarıb.


 
F.Şəfiyevin fikrincə, əvvəla, Njdenin belə bir xəyalı ola bilməzdi. Çünki Türkiyə həm I, həm də II Dünya müharibəsində Almaniyanın müttəfiqi olub və Njdenin bu faktdan xəbərsiz olması qeyri-mümkün idi.
“Erməni mənbələrinin yazdığına görə, 1944-cü ildə sovet qoşunları Bolqarıstana daxil olarkən Njde sovet ordusunun Türkiyəyə müharibə elan edəcəyini gözləyirmiş. Bu isə birbaşa ermənilərin hətta nasist müttəfiqlərinə belə, xəyanət etdiyini təsdiqləyir. Başqa sözlə, erməni milləti tarixən yararlandığı xəyanət üsullarından bu gün də geniş istifadə edir”,-Fərid Şəfiyev Paşinyana cavabında belə deyib.


Prezidentin məlum çıxışı


 
Qeyd edək ki, Paşinyanın əsaslandığı bu yalan Njdenin özünü müdafiə etmək üçün uydurduğu bəhanədən başqa bir şey deyil. Zira o, 1944-cü ildə Sovet ordusu Bolqarıstana girəndə müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır. Bu məqsədlə də sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda özünə bəraət qazanmağa çalışan Njde nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir. Lakin sovet hərbi əks-kəşfiyyatı bu arqumentə inanmır və erməni faşistini tutaraq, Moskvaya gətirir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde məhkəməyə çıxarılır və kütləvi qətllər törətmək ittihamı ilə 25 il azadlıqdan məhrum olunur. 


 
Məhz bu fakta əsaslanan Fərid Şəfiyev Paşinyanın da Qaregin Njde ilə eyni məntiqdən çıxış etdiyini irəli sürüb.
 
 
BMTM-in İdarə Heyətinin sədri Ermənistanın baş nazirinin M.Ə.Rəsulzadənin ünvanına səsləndirdiyi ittihamlara da cavab verib: 
“Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 16-da keçirdiyi onlayn konfransda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Azərbaycanın ünvanına əks ittihamlar irəli sürüb. Bu saxta nitqlə bağlı aşağıdakıları qeyd etmək zəruridir:
“- İkinci Dünya müharibəsi zamanı ermənilər SSRİ-nin digər xalqları ilə birlikdə faşizm əleyhinə mübarizədə iştirak ediblər. Bu, məsələnin digər tərəfidir və Ermənistan Azərbaycanı bu faktı təkzib etməkdə ittiham etməyə çalışır. Bu, qətiyyən düz deyil. 
 

 - Azərbaycan rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev Ermənistanda faşistlərin ortağı Qaregin Njdenin qəhrəmanlaşdırıldığı fikirləri ilə çıxış edib. Bu danılmaz faktdır. Yerevanda onun şərəfinə abidə ucaldılıb.
 
- Bu məsələ ilə bağlı problem əslində daha dərindir- Q.Njde erməni xalqının ali irq olması ideyasını irəli sürürdü və bu düşüncə nasizm ideyaları ilə uzlaşır. Onun 1930-cu ildə hazırladığı “tsexakronizm” konsepsiyası irqçilik nəzəriyyəsindən çıxış edir. Oxşar ideologiya müasir Ermənistanda da kök atıb və bu, ərazi genişləndirmə siyasəti, türklərə, azərbaycanlılara qarşı fobiya, erməni xalqının ali irq olması və 3 dənizin ortasında “Böyük Ermənistan” ideyalarının bir hissəsidir. 



- Nikol Paşinyan Azərbaycan Cümhuriyyətinin (1918-1920) ideoloji rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə istinad edərək onun nasistlərlə əməkdaşlıqda ittiham edib və onun Azərbaycanda qəhrəmanlaşdırıldığını bildirib. Burada Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edib. Məhəmməd Əmin Rəsulzadə İkinci Dünya Müharibəsi zamanı SSRİ-dəki respublikaların mühacirətdə olan digər dövlət xadimləri kimi həqiqətən də Almaniyaya səfər edib, lakin nəticə etibarı ilə nasistlərlə əməkdaşlıqdan imtina edib. Bu, kifayət qədər bilinən faktdır. 
 
-O ki qaldı nasist Almaniyası tərəfdə döyüşən şəxslərlə, Azərbaycanda onlara abidə qoyulmur və heç biri qəhrəmanlaşdırılmır. Nikol Paşinyanın səsləndirdiyi fikirlər yanıltma cəhdidir, məqsədyönlü şəkildə səsləndirilən yalan məlumatdır”.





Ana səhifəyə qayıt        Baxış: 3 386          Tarix: 16-05-2020, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma