Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Məlum olduğu kimi Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsindən bir ay ötür. Bu müddətərzində görülən işlər, elan olunmuş Respublikaya münasibət və s. bu kimi məsələlərlə bağlı İnformasiya və Mətbuat Xidmətinin rəhbəri, təşkilat komitəsinin üzvü Təbriz Musayevin fikirlərini öyrənməyə qərar verdik.
-Təbriz bəy, keçən bir ayı ümumi olaraq necə xarakterizə edərdiz?
-Məlum olduğu kimi bir ay əvvəl Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının rəhbərliyi ilə formalaşan və özündə Qərbi Azərbaycan kökənli ziyalıları, eləcə də Qərbi Azərbaycan yönümlü ictimai təşkilatların rəhbərlərini birləşdirən təşəbbüs qrupu Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdi. Bilirsiniz ki, belə bir Respublikanın elan olunması uçün müxtəlif vaxtlarda dəfələrlə təşəbbüslər olmuşdu. Uzun illər ictimaiyyətin gündəmində olan bu ideyanın, başqa sözlə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda bu dəfə daha qərarlı addım atıldı və Respublika elan edildi. Keçən bir ay ərzində isə həm təşkilati baxımdan həm də təbliğat baxımından kifayət qədər işlər görülüb.
Görülən işlərlər bağlı daha ətraflı danışacağıq. İndi isə oxucularımız üçün Respublikanın elan olunmasının məqsədləri haqqında məlumat vermənizi istərdik.
-MQA(İ) Respublikasının yaradılmasında məqsəd qayəsi qədim Azərbaycan şəhəri İrəvanın 1918-ci ildə yaşanan mürəkkəb geosiyasi hadisələr burulğanında böyük dünya güclərinin təzyiqləri ilə ermənilərə verilməsini və bu günki Ermənistan Respublikasının da məhz Azərbaycan torpaqlarında yaradıldığını, eləcə də sovet hakimiyyəti illərində xeyli torpaqlarımızın da ermənilərə peşkəş çəkilməsinin gündəmə gətirilməsi və bu ərazilərin ilhaq olunmasına siyasi-hüquqi qiymət verməsi, torpaqların geri qaytarılması məsələsinin beynəlxalq müstəvidə qaldırılmasından ibarətdir. Ermənilər də beynəlxalq güclər də anlamalıdırlar ki, insanımız dədə-baba yurdları uğrunda mübarizədən bir gün də olsun geri şəkilmək niyyətində deyillər.
-Respublikanın elan olunmasından sonra münasibətlər də müxtəlif oldu və müxtəlif təpkilər verildi. Bu gün vəziyyət necədir?
-İstənilən məsələ ilə bağlı fərqli fikirlərin olması təbiidir və bizim vəzifəmiz də fərqli mövqedə olan insanlara öz fikrimizi çatdırmaqdan ibarət olmalıdır ki, biz də məhz belə etdik. Respublikanın elan olunmasının, təşkilatı və təbliğat işlərinin həyata keçirilməsinin hər birimizin ümumi işi olduğunu bütün insanımızın diqqətinə çatdırdıq ki, bu məsələdə hər hansı bir fərqli mövqe ortaya qoyulmasın və deyə bilərəm ki, böyük həcmdə buna artıq nail olmuşuq.
-İndi isə keçən bir ay müddətində görülən işlərlə bağlı məlumat verərdiniz.
-Məlum olduğu kimi, artıq Qafar bəyin rəhbərliyi ilə bir sıra strukturların formalaşması istiqamətində konkret işlər görülüb. Bu işlərə Millət Şurasının formalaşmasını, Millət Şurasının tərkibində katibliyin yaradılmasını, Beynəlxalq əlaqələr və xarici siyasət, Dovlət quruculugu və hüquq işləri, İdeologiya və siyasət, Parlament seşkilərinə hazırlıq, Qərbi Azərbaycan (İrəvan) Respublikasının dövlət atributlarının hazırlanması, Qaçqınların siyahıya alınması və təşkilatlanma, İctimaiyyətlə əlaqələr, Diaspora ilə iş, Təbliğat və təşviqat məsələləri, Türk dövlətləri və topluluqları ilə iş, Mətbuat, informasıya və sosial media ilə əlaqələr adlı komissiyaların yaradılmasını, eləcə də Qərbi Azərbaycan Tarixinin Araşdırılması Mərkəzinin yaradılmasını göstərmək olar. Və təbii ki, hər bir struktur və müvafiq komissiyalar da keçən müddət ərzində üzərinə düşən vəzifələri həll etmək üçün kifayət qədər işlər görüblər və görməkdə də davam edirlər. Bundan başqa hal-hazırda Məşvərət Məclisi və Gənclər təşkilatının yaradılması istiqamətində də fəaliyyət davam edir, eləcə də Sovet hakimiyyəti illərində Zəngəzurun və digər ərazilərin Ermənistan SSR-ə verilməsi ilə bağlı konfrans və Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsi də müzakirə olunur. O da xüsusi olaraq vurğulanmalıdır ki, görülən bütün fəaliyyətin əsasında Qurultayın keçirilməsi və artıq rəsmi qurumların formalaşdırılması dayanır.
-Qurultaın keçiriləcəyi tarix məlumdurmu?
-Hələlik bu haqda danışmaq tezdir. Çünki bu Qurultay hər hansı bir təşkilatın yaradılması üçün keçirilərn yığıncaq deyil və özündə kifayət qədər geniş həcmli təşkilatı işləri ehtiva edir. Söhbət dövlətin rəsmi orqanlarının yaradılması, Parlamentin formalaşdırılmasından gedir. Digər bir tərəfdən Qurultay təkcə Azərbaycanda yaşayan insanların iştirakı ilə deyil bütün dünyadan olan və seçilmiş nümayəndələrin iştirakı ilə keçiriləcək. İndiki pandemiya dövründə isə bu mümkünsüzdür. Amma hazırlıq işləri ilə bağlı bütün fəaliyyət ardıcıl olaraq davam edir.
-Qurultayda formalaşacaq qurumlardakı təmsilçilik necə həyata keçiriləcək? Yalnız Qərbi Azərbaycan kökənli insanların təmsilçiliyi nəzərdə tutulur, yoxsa necə?
-Bu məsələ artıq müzakirə olunub və qərara alınıb ki, Məşvərət Məclisinə Qərbi Azərbaycan əsilli olub-olmamasından asılı olmayaraq tanınmış ziyalılar dəvət edilsinlər və bu qərar formalaşacaq bütün strukturlara da şamil olunacaq. Qərbi Azərbaycan (İrəvan) Respublikası hər birimizin vətənidir və bu baxımdan da bu və ya digər strukturlarda təmsilçilikdə hər hansı bir ayrıseçkilik mümkün deyil.
-Təbriz bəy, son olaraq Qurultaydan sonrakı adıımlarla bağlı da fikirlərinizi bilmək maraqlı olardı.
-Qurultaydan sonra qarşımızda duran ən mühüm vəzifə Respublikanın tanıdılması istiqamətində fəaliyyət olacaq. Bura ayrı-ayrı dövlətlərə müraciətlərdən tutmuş, beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına dair hər şey daxildir. Tamamilə əminik ki, tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyacaq. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilmiş, onların milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir. İndiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır. Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə - baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatmışdır.
Söhbətləşdi: Elnur Əliyev
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar