Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Küveyt “DasmanNews” nəşri mərhum Prezident Heydər Əliyevin Bakıya qayıdışından bəhs edən yazı yayımlayıb.
Yazını olduğu kimi Ovqat.com oxucularına təqdim edirik:
Hər millətin, hər xalqın həyatında daim xatırlanan, nəsillərin yaddaşında əbədi həkk olunmuş günlər var. Millətin yaddaşı, tarixi, səlnaməsi belə günlərdir. Bu salnamə tarixi sonrakı nəsillərə daşıyır, vətən yolunda qəhrəmanlıq etmiş, nailiyyətlər qazanmış, onu inkişafa, tərəqqiyə çatdırmış, həmçinin vətəni ağır bəlalardan, fəlakətlərdən, daxili çəkişmələrdən xilas etmiş liderlərin adını hər gələn yeni nəslə çatdırır. Vətənpərvər qəhrəmanlar isə ötəri təsadüf və ya yalan təbliğatla yaranmır. Onları yaddaşlara mübariz mövqeləri, vətən uğrunda verdikləri qiymətli qurbanlar yaradır.
Vətən, uğrunda canından keçmiş vəfalı övladları ilə qürur duymalıdırsa, onu sonrakı nəsillərə nümunə kimi təqdim etməlidirsə, sadiq vətənpərvər övladlar olaraq biz də belə insanların həyat yolunu xatırlamalı, yeni nəsillərə də tanıtmalıyıq. Çünki belə insanlar vətən övladlarının yoluna işıq salan mayak kimidir. Vətəndaşları ölkəni, xalqı tərəqqiyə aparmağa məhz belə şəxsiyyətlər həvəsləndirir.
Demokratiyaya keçid dövründə ölkələr köhnə sistemlə yeni sistem arasında şiddətli mübarizənin şahidi olur. Dəyişikliklərin önündə gedənlər ölkələrini köhnəlikdən, keçmiş sisteminə sirayət etdirmiş korrupsiya bəlasından xilas etmək, ədalətə, azadlığa və demokratiyaya əsaslanan azad müasir dövlət qurmaq istəyirlər. Nəticədə onlar köhnə sistemə bağlı qüvvələrlə ağır savaşa girməli olur.
Azərbaycan Respublikası keçmiş Sovet İttifaqından müstəqilliyini 1991-ci ilin oktyabrında elan edib. Bundan dərha sonra həyatı köhnə sistemə bağlı insanlar, köhnənin tör-töküntüləri ilə dəyişilik istəyənlər xalq arasında böhranın qığılcımları görünməyə başlayıb. Yeni yaranmış dövləti qısa vaxtda anarxiya, çaxnaşma bürüyüb. Həmin illərdə Orduda da vəziyyəti çətin, fərarilik halları çox idi. Məhz bu hərc-mərclkdən istifadə edən Ermənistan Azərbaycan rayonlarını bir-birinin ardınca işğal edirdi. Üstəlik, bu problem yeni-yeni baş qaldıran zaman Ermənistan Azərbaycanın müstəqillik və azadlıq istəyini qəzəblə qarşılayan Sovet İttifaqı tərəfindən də dəstəklənirdi. Bütün bunların fonunda isə ölkədə bir hakimiyyət boşluğu da var idi. Cəmiyyətdə çəkişmələr səngimir, vəziyyət getdikcə daha çox qarışırdı. Artıq Azərbaycan vətəndaş müharibəsinin astanasında idi.
Digər tərəfdən, yeni yaranmış respublikada müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Xalq Cəbhəsi hakimiyyətə gəldiyi ilk gündən ciddi çətinliklərlə üzləşmiş, belə şəraitdə ölkə idarəçiliyinin son dərəcə çətin iş olduğunu anlamışdı. Artıq onlar anlayırdı ki, ölkədə vətəndaş müharibəsini dayandıra biləcək, əsl azadlığa ümid qapısını açacaq müdrik, rəhbərlik qabiliyyəti olan şəxsə, onun yaradacağı möcüzəyə ehtiyac var. Belə çətin vəziyyətdə xalqın vətənpərvər nümayəndələri bir araya gələrək, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib. Xalqın, müxtəlif idarələrin və dövlət müəssisələrinin israrlı dəvətini qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəlib.
O, qısa vaxtda vətənin problemlərini həll edib, ölkəni vətəndaş müharibəsinin astanasından geri qaytarıb. Nəticədə H.Əliyevin müdrik rəhbərliyini, siyasi bacarığını, məharətini görən siyasi qüvvələr 1993-cü il iyunun 15-də onu yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçib. Nəticədə illərdir ki, 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş günü kimi qeyd olunur.
Ölkədə idarəçiliyi tam nəzarətə götürən H.Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün nizamlama prosesinə də start verib, bu məqsədlə beynəlxalq institutlara müraciət olunub.
Nəticədə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını tələb edən 4 qətnamə (1993-cü il aprelin 30-da 822 saylı, 1993-cü il iyulun 29-da 853 saylı, 1993-cü il oktyabrın 14-də 874 saylı, 1993-cü il noyabrın 12-də 884 saylı) qəbul edib.
Yeri gəlmişkən, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında da bu münaqişə ilə bağlı 62/243 saylı qətnamə qəbul olunub. Bütün bu sənədlərdə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bununla yanaşı, sənədlərdə işğalçı Ermənistanın evləri dağıdılmış, torpaqları viran qoyulmuş sakinlərə kompensasiya ödəməli olduğu deyilir, yurdlarını tərk etmək məcburiyyətində qalmış köçkünlərin evlərinə qayıtmasına şərait yaradılmasının vacibliyi vurğulanır.
Əslində, Azərbaycan torpaqlarını işğaldan hərbi yolla azad etmək iqtidarındadır. O, ötən illər ərzində Silahlı qüvvələrini tamamilə yenidən qurub, neft-qaz satışından əldə edilən gəlir sayəsində Ordu ən müasir silahlarla təchiz edilib, onun döyüş qabiliyyəti artıb. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi xalqın ümummilli liderinin yolu ilə gedərək, torpaqların sülh yolu ilə qaytarılmasına çalışır, bunun üçün bütün diplomatik vasitələrdən istifadə edir.
Millətlər, xalqlar yalnız müdrik rəhbərləri sayəsində inkişaf edir. Məhz müdrik rəhbər gələcəyə açıq gözlə baxa, problemləri müdrikcəsinə və ədalətlə həll edə bilir.
DasmanNews,
Küveyt
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar