Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Bir qədər pauzadan sonra Rusiya regional sabitliyin əsas amilinin özü olduğunu xatırladıb".
Ovqat.com xəbər verir ki, "Valday" beynəlxalq diskussiya klubunun elmi işlər üzrə direktoru, politoloq Fyodor Lukyanov “Vzqlyad” qəzetə açıqlamasında belə deyib.
O, Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı atəşi dayandırmaq tələbi ilə Azərbaycan və Ermənistana müraciətini və müvafiq ölkələrin XİN başçılarının Moskvada məsləhətləşmələr aparmaq dəvətini belə şərh edərkən bildirib ki, Rusiya “tərəflərin (savaş) şövqünün azalmasını” gözlədi və indi vasitəçilik səyləri təklif edir: “Düşünürəm ki, bu, tamamilə doğrudur, çünki bununla məşğul ola biləcək heç kim yoxdur".
Bununla yanaşı, ekspert qeyd edib ki, bu gün nəzərdə tutulan üç ölkənin XİN başçıları arasında aparılan danışıqlar çətin ki, münaqişənin konkret həllinin formalaşdırılmasına gətirib çıxarsın. "Bu gün xüsusi bir şey gözləmək lazım deyil, bu prosesin başlanğıcıdır. Belə münaqişələrdə dərhal heç nə olmur", – deyə Lukyanov bildirib.
Lukyanov hesab edib ki, danışıqlar zamanı üç ölkənin nazirləri ilk növbədə atəşkəs məsələsini müzakirə edəcəklər. "Lakin buna nail olmaq kifayət qədər çətindir, çünki Azərbaycan tərəfi indi müəyyən bir ruh yüksəkliyi hiss edir – onlar irəliləyirlər və hərbi hücumun dayandırılması anını uzatmağa çalışacaqlar", – deyə həmsöhbət qeyd edib.
Ekspertin fikrincə, siyasi nizamlanmanın gələcək variantları artıq danışıqlar prosesinin tərəflərinə bəllidir və "onlar Rusiyanın fəal iştirakı ilə də müzakirə olunub". Ölkələri arasında mümkün kompromislər haqqında "Kazan” prinsipləri əsasında razılaşma formalaşdırılıb", – deyə politoloq vurğulayıb.
Lukyanov xatırladıb ki, 2011-ci ildə əldə olunan Kazan formuluna əsasən zamanı Dağlıq Qarabağa daxil olmayan, lakin "təhlükəsizlik kəməri"adlandırılan yeddi rayondan sakinlərin Ermənistana köçürülməsi haqqında diskussiya aparılıb.
Ekspertin fikrincə, bu gün "Azərbaycan tərəfi ümid edir ki, uğurlu hərbi kampaniyadan sonra erməni siyasətçilər "Kazan formulu"nun müzakirəsinə və həyata keçirilməsinə daha çox maraq göstərəcəklər.
Bununla yanaşı, politoloq əmindir ki, hazırda "Ermənistan rəhbərliyi ağır vəziyyətdədir, çünki ölkədə hərbi uğursuzluqlarla bağlı güzəşt hissi yaranarsa, bu, Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirəcək".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar