Xəbər lenti

 
Ermənistan Müdafiə Nazirliyi Xocavəndin Tuğ kəndindəki hərbi əməliyyatlarla bağlı yayılan xəbərlərlə bağlı açıqlama yayıb.
 
Ovqat.com xəbər verir ki, nazirlik “DQR” Müdafiə Ordusunun atəşkəs rejiminə ciddi şəkildə riayət etdiyini, bu istiqamətdə heç bir əməliyyat keçirmədiyini bildirib.
 
"Buna baxmayaraq, informasiya təxribatı ilə qarşılaşa biləcəyimizi istisna etmədən bölgədən əlavə məlumat almağa çalışacağıq", -rəsmi açıqlamada belə deyilir.
 
Ermənistan Müdafiə Nazirliyi Tuğ kəndinin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətində olduğunu da xatırladıb.
 
Qeyd edək ki, Hadrutun Tuğ kəndi istiqamətində əməliyyatların keçirildiyini və çoxlu sayda yaralı olduğunu ilk bildirən Azərbaycan tərəfi yox, ermənilərə yaxınlığı ilə seçilən "Wargonzo" reportyoru Peqovdur.

İddialarla bağlı Azərbaycan rəsmi qurumlarının məlumat yayacağı gözlənilir.



Ana səhifəyə qayıt        Baxış: 4 775          Tarix: 28-12-2020, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma