Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Moskva ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında mühüm yer tutan “Şimal axını-2” layihəsini dayandırmaq fikrində deyil.
Ovqat.com-un məlumatına görə, ABŞ sanksiyaları ilə üzləşməkdən çəkinən Qərb şirkətləri Baltik dənizinin altı ilə çəkilən boru xəttində işləri dayandırdıqdan sonra Rusiya inşaatı öz daxili imkanları vasitəsilə həyata keçirməyə qərar verib.
Bunun üçün isə özünün “Akademik Çerski” adlı boruçəkmə gəmisini inşaat sahəsinə göndərib. Gəmi izləmə portalı “MarineTraffic” “Akademik Çerski”nin yeri barədə məlumat yayıb. Məlumata görə, gəmi kəmərin inşası zonasındadır. Bu isə o deməkdir ki, Rusiya ABŞ-ın bütün təhdidlərinə rəğmən kəməri tamamlamağa çalışacaq və artıq bu istiqamətdə işə başlayıb.
Bəs hər şey rəvan şəkildə gedərsə, Rusiya ildə 55 milyard kub metr həcmində qaz nəqlini nəzərdə tutan proyekti nə vaxta tamamlaya bilər?
Məlumata görə, ümumi uzunluğu 2460 km olan kəmərin indiyədək 2300 km-dən çox hissəsi tamamlanıb. Cəmi 160 km. məsafə qalıb. Bu, “Şimal Axını-2” layihəsinin 94%-nin bitməsi deməkdir. Yerdə qalan 6%-i bitirmək üçün isə aylarla zaman lazımdır.
Bildirilir ki, bundan əvvəl Almaniyanın “Fortuna” gəmisi gündə cəmi 350 metr kəmər inşa edirdi. Deməli, 1 km kəmərin çəkilişi 3 gün vaxt aparır. Əgər “Akademik Çerski”nin də eyni sürətlə inşaata davam edəcəyini fərz etsək 160 km-lik məsafə 480 günə çəkilə bilər. Bu isə hardasa il yarım zaman deməkdir. Rusiya üçün ən pisi odur ki, bu müddət ərzində ABŞ-ın yeni prezidenti Co Bayden öz yerində möhkəmlənib “Şimal axını-2” kəmərinin müştərilərini müxtəlif basqı və təşviqlərlə öz tərəfinə çəkə bilər. Odur ki, Rusiya kəmərin inşasını bacardığı qədər tez bir zamanda tamamlamalıdır.
Yayılan məlumatların analizindən belə anlaşılır ki, Moskva da bu təhlükənin fərqindədir və inşaatın sürətini artırmaq üçün əlavə tədbirlər görməyə çalışır. Bildirildiyinə görə, bu məqsədlə Rusiya inşaat yerinə daha iki gəmi göndərib.
““Akademik Çerski”nin yanında boruların sahildən çatdırılması üçün istifadə olunan Rusiyanın təchizat gəmisi “Umka” da inşaat sahəsindir. Qaz kəməri tamamlandıqda boruların tədarükü üçün istifadəsi planlaşdırılan "İvan Sidorenko" gəmisi isə Almaniyanın Mukran limanının "Şimal axını-2" üçün boruların saxlandığı akvatoriyada lövbər salıb”, - Rusiyanın ünlü “Ekonomika segodnya” nəşri belə yazır.
Nəşrin yazdığına görə, Rusiya rəsmiləri kəmərin inşasının bir neçə ay ərzində tamamlamağa çalışacaqlarına, 2021-ci il ərzində onu istismara verəcəklərinə inanırlar. Təbii ki, nəyin bahasına olursa olsun kəmərin fəaliyyətini dayandırmağı qarşısına məqsəd kimi qoyan Vaşinqtonun Rusiyaya yeni sürprizləri ortaya çıxmasa.
Vaşinqton isə deyəsən yeni sürpizlərə hazırlaşır. Bu sürprizlər əsasən Baltik dənizi sahillərində hərbi gərginliyi artırmaq və Qərbi Avropa ölkələrinə daha ucuz LNG (mayeləşdirilmiş təbii qaz) qazı təklif etməkdir.
Xüsusilə ikinci sürpriz dünya qaz bazarında qiymətlərin kəskin ucuzlaşmasına səbəb ola bilər ki, bu, Azərbaycan üçün də ciddi iqtisadi itkilər anlamına gəlir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar