Xəbər lenti


 Rusiyanın ələ keçirdiyi Ukrayna şəhərlərində rus təhsil sisteminə keçilib.

 

Ovqat.com-un məlumatına görə, Ukraynalı şagirdlər bu məktəblərdə istəyəcəkləri təqdirdə, öz doğma dillərini də seçmə üsulu ilə öyrənə bilərlər.

 

Rusdilli məktəblər proyesinə Xerson, Zaporijye və Mariupol şəhərlərində başlanılıb. 

 

Ukraynanın Zaporijya bölgəsinin Melitopol şəhərini ziyarət edən Rusiya Təhsil naziri Sergey Kravtsov işğal olunmuş şəhərlərdə şagirdlərin öz ana dillərini də öyrənə biləcəklərini deyib: “Ukrayna dilini heç kim qadağan edə bilməz. Ukraynaca ana dili olmaqda davam edəcək. Bu dildə təhsil almaq istəyənlər üçün müəyyən dərs saatları müəyyənləşdirdik. Bundan əvvəl dəfələrlə dediyimiz kimi, qardaş xalqlar arasında çoxlu dillər var. Köklərimiz eynidir. Ukrayna dili də çox zəngin dildir. Buna görə də qadağan edilə bilməz”, - Kravtsov belə deyib.

 

Sözügedən məktəblərdə təhsillərini davam etdirən şagirdlərin rus diplomu alacaqlarını ifadə edən Kravtsov bildirib ki, məlum təhsil ocaqlarını bitirən şagirdlərə Rusiya dövlətinin attestatları veriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 6 019          Tarix: 10-07-2022, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma