Azərbaycan generallarının sayı baxımından hətta Çini belə təəccübləndirə bilər. Amma məsələ təkcə sayda da deyil. Dərd burasındadır ki, bu generalların mühüm hissəsi “baş çoban”dır. Məhz bu məqam nəinki Çini, hətta dünyanın ən aparıcı dövlətlərindən tutmuş Afrikanın cəngəllik ölkələrini belə təəccübləndirəcək mahiyyətdədir.
Ən əsası isə, “baş çoban”-generalların xırda çobanları da var – MAXE-lər. Azərbaycan dövləti peşəkar ordu quruculuğu layihəsini reallaşdırmaq üçün “Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçular” sistemi yaratsa da, “baş çoban”-generallar bu “peşəkar” əsgərlərə hərb sənətinin deyil, çobanlığın sirlərini öyrədirlər.
Ovqat.com-un məlumatına görə, hərbi blogger Tofiq Şahmuradovun iddialarından belə çıxır.
Hərbi bloggerin iddiasına görə, II Qarabağ müharibəsi də fermer-generalların işinə əməlli-başlı yarayıb: “Bəzi fermer-generallar döyüşlər vaxtı işğaldan azad olunmuş ərazilərdə ermənidən qənimət qalan mal-qaranı qeyri-qanuni öz mülkiyyətinə çevirib, bu fermalara yerləşdiriblər”.
Qısası, “Qənimətlər Parkı” təkcə Bakı bulvarında deyil, həm də Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Amma Bakıdakı “Qənimətlər Parkı” ilə rayonlardakı bənzərləri arasında 2 önəmli fərq var. Birincisi ondan ibarətdir ki, Bakıdakı “Qənimətlər Parkı”nda ermənilərdən ələ keçirilən hərbi texnikalar, rayonlardaklarda isə mal-qara saxlanılır. İkinci önəmi fərq Bakıdakı qənimətlərin açıq şəkildə sərgilənməsi, rayonlardakı qənimətlərin isə hər kəsdən gizlədirlməsidir.
İddiaların ayrıntıları ilə tanış olmaq istəyirsinizsə, Tofiq Şahmuradovun Dövlət Təhlükəsizlik Xidmədinin, Baş prokrorluğun, Hərbi prokrorluğun, Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanladığı paylaşımı ilə (olduğu kimi) tanış ola bilərsiniz:
“Çox hörmətsiz fermer generalçiklər mənə elçilər, minnətçilər göndərməyin. Mənə ən əziz insan belə bu məsələ ilə bağlı xahişə çıxsa, xeyri yoxdur.
Dövlət Təhlükəsizlik Xidmədinin, Baş prokrorluğun, Hərbi prokrorluğun, Müdafiə Nazirliyinin rəhbərliyinin nəzərinə.
Goranda aşkarlanan ferma ilə bəzi məlumatlar vermək istiyirəm.
Fermanın olduğu ərazi N saylı hərbi hissənin komandiri adına sənədləşdirilsə də, fermanın içində olan böyük sayda mal-heyvan ona aid deyil. O, heyvanların özünə məxsus olduğun üstünə götürsə belə, orda olan texnikaların o fermaya necə gəlib çıxdığına cavab verə bilməyəcək. O, orda mülki geyimdə işlədilən Maxelərə görə cavab verə bilməyəcək.
Bilməyənlər üçün deyim ki, bəzi fermer-generallar döyüşlər vaxtı işğaldan azad olunmuş ərazilərdə ermənidən qənimət qalan mal-qaranı qeyri-qanuni öz mülkiyyətinə çevirib, bu fermaya yerləşdiriblər. Daha sonra Fərrux əməliyyatı zamanı Fərrux kəndində qalan mal-heyvan da bu fermaya qeyri-qanuni daşınıb.
Quru Qoşunlarının tabeçiliyində olan hərbi hissələrin “atxodları” bu fermaya daşınıb.
Konkret olaraq sübut kimi 2 hərbi hissənin adın çəkirəm.
Gəncədə olan N saylı briqadanın, Stansiya Mingəcevirdə olan N saylı briqadanın tabeçiliyində olan maşınlar gündəlik bu fermaya “atxod” daşıyıblar. Başqa hərbi hissələrdə də həmçinin. Ora gündəlik “atxod” daşıyan maşınların seriya nömrəsində yaza bilərəm.
Niyə bu hərbi hissələrin adın çəkirəm?
Cünki o hərbi hissələrdə NBM də kamera var. Fermaya geden yolda DİN “teşeka” deyilən kameraları var, o kamera görüntülərin çıxartmaqla bunu 1 dəqiqəyə sübut etmək olar.
Sizcə, hansısa hərbi hissə komandiri Quru Qoşunlarında olan hərbi hissələrə komanda verə bilər ki, “atxodu” bu fermaya daşıyın? Fermada mal-qara o qədər böyük sayda olub ki, bir necə briqadanın gündəlik “atxod”u bəs etmirmiş.
Sizcə hansısa hərbi hissə komandiri korpus komandirlərinə zəng edib əmr edə bilər ki, filan qədər press yollayın fermaya?
Əlbəttə, edə bilməz
Burda yüksək rütbəli generalların tapşırığı və xüsusi göstərişi var.
O fermaya yığılan heyvanların bir qismi Qubadlının Bala Soltanlı və Padar kəndlərindən çıxarılıb. Yükləmədə Gəncədə yerləşən N saylı briqadanın MTT bölüyü iştirak edib, adların yaza bilərəm kimlərdi.
Daha sonra həmən briqadanın 3 cü taborunun kolonu ilə birlikdə səfərbərlik xidməti tərəfindən təmin olunmuş mülki Tatra və Kamaz markalı yük maşınları ilə üstləri göy cadırla örtülərək çıxarılıblar. Həmin vaxt o briqadanın komandiri olmuş şəxsi çağırıb soruşmaq lazımdır; o heyvanları kimin göstərişi ilə çıxartdıb və hara təhvil verib.
O kalon Hərbi polis postların necə keçib, bu, ayrıca araşdırılası mövzudu.
Millətin balası vətən torpağının hər qarışı uğrunda qanın tökəndə bu şərəfsizlər orda talançılıq, oğurluqla məşğul olublar. Haram olsun bu vətənin su-çörəyi sizə!
Alçaqlar!!!
Dövlətin adiyyatı orqanları təcili şəkildə bu şəxslərin əhatəsin aşkarlayıb, bu şəxslər ilə bağlı tədbir görməlidir”.
Paylaş: