Xəbər lenti

 

Türk dövlətlərinin Xüsusi Xidmət Orqanlarının nümayəndə heyətləri Qırğızıstanda Çolpon-Ata şəhərində toplaşıb. Toplantı Türkdilli Ölkələrin Xüsusi Xidmət Orqanları (TÜRKON) 24-cü Konfransı çərçivəsində keçirilib.

 

Ovqat.com-un məlumatına görə, nümayəndə heyətlərinin rəhbərləri Qırğızıstan Prezidenti Sadir Çaparovla da görüşüblər.

 

Qırğıstan prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşdə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Tasiyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Əli Nağıyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin sədr müavini Samir İsmayılov, Qazaxıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Ermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Özbəkistan Dövlət Təhlükəsizliyi Şurasının sədri Xidmət rəisi Abdusalom Əzizov iştirak edib.

 

Çaparov nümayəndə heyətinin qarşısında çıxış edib. O, çıxışında qardaş ölkələr və xalqlar arasında dərin tarixi bağların, çoxəsrlik mehriban qonşuluq təcrübəsinin, səmərəli əməkdaşlığın Türkdilli Ölkələrin Xüsusi Xidmətlərinin əməkdaşlığın möhkəmləndirilməsi üçün “möhkəm əsas” təşkil etdiyini vurğulayıb.

 

Konfransın təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrildiyini deyən Çaparov onun uzun illər geniş spektrli peşəkar məsələlərin müzakirəsi, təcrübə mübadiləsi, təhlükəsizlik sahəsində əməkdaşlıq modelləri və keçirilən bu kimi konfransların ən səmərəli əməkdaşlıqların işlənib hazırlanması üçün platforma rolunu oynadığını bildirib. 

 

Çaparov həmçinin qeyd edib ki, Yaxın Şərq və Əfqanıstanda bəzi dövlətlərin bütövlüyünü təhdid edən və bu regionların hüdudlarından çox-çox kənara yayılma təhlükəsi yaradacaq ölçülərə çatan terror fəaliyyətlərinin genişlənməsi kəşfiyyat orqanlarından xüsusi diqqət tələb edir.

 

Yeni dövrün problemlərin həlli, çağırış və təhdidlərin aradan qaldırılması üçün yeni yanaşmalar tələb etdiyini bildirən Çaparov deyib:

 

"Aydındır ki, bu təhdid və çağırışlarla mübarizədə mühüm nəticələrə nail olmaq yalnız ardıcıl və sistemli iş, birgə və əlaqələndirilmiş səylərlə mümkündür. Bu kontekstdə inanıram ki, bu platformanın Türk dünyasının təhlükəsizliyinə mənalı və konstruktiv müzakirələrinə mühüm töhfə verəcək."

 

İclasda iştirak edən ölkələrin xüsusi xidmət orqanları arasında sıx qarşılıqlı əlaqənin təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq terrorizm, radikalizm və digər qlobal problemlərə qarşı effektiv mübarizəyə kömək edəcəyinə inandığını deyən Caparov Qırğızıstan tərəfinin bu dəyərlər əsasında türk ölkələri ilə səmərəli işləməyə hazır olduğunu bildirib.

 

TÜRKON 20 may 1998-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən təsis edilib. Özbəkistan TÜRKON-a 2018-ci ildə qoşulub.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 590          Tarix: 26-07-2022, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma