“Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin dünən Şuşada Zəfər bayramı ilə əlaqədar keçirilən möhtəşəm toplantıdakı tarixi çıxışı 44 günlük müharibə səlnaməmizə silinməsi mümkün olmayan səhifələr yazdı”.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi (2007-2013) Eldar Sabiroğlu Ovqat.com-a açıqlamasında belə deyib.
Sabiroğlu bildirib ki, Prezidentin heç bir “konspektdən” istifadə etmədən söylədiyi bu nitq 44 günlük müharibə və sonrası tariximizin ən dərin və bənzərsiz təhlili idi. Heç bir siyasi liderin bu cür məharətə malik olmadığını bildirən hömsöhbətimiz deyib:
“Mən bu unudulmaz tarixi nitqi şanlı müharibə tariximizin dərindən və bənzərsiz təhlili baxımından həm də böyük bir əsər adlandırıram. Bizlər köçüb gedəcəyik. Gələcək nəsillər isə bu çıxışı mütləq oxuyacaq və Azərbaycanı çökdürmək istəyən düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümunəsi dövlət başçımızın hadisələrə, bizi istəyən və istəməyən qüvvələrin siyasi manevr və hərəkətlərinə yanaşma tərzi ilə sözün əsl mənasında fəxr edəcəklər”.
Paylaş: