Xəbər lenti


 

Kamal Əliyev,

“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq

 

Bu gün Qarabağ iqtisadi rayonunun inzibati mərkəzi Xankəndidə ermənilərin keçirdiyi aksiya ətrafında müxtəlif mülahizələr, təhlillər irəli sürmək olar. 

 

Əvvəlcə ondan başlayım ki, bu aksiyanın əsas təşkilatçısı, Rusiyanın Qarabağa göndərdiyi milyarder canişin Ruben Vardanyan idi. Əslində, R.Vardanyan bir müddət öncə Xankəndidə kütləvi aksiya təşkil etmək istəsə də, görünür, Rusiyadakı dəstəkçiləri buna razılıq verməmişdilər. Aksiyanın birbaşa təşkilatçısı Xankəndidəki “dövlət naziri” Ruben Vardanyan nə qədər desə ki, etirazın əsas məqsədi Laçın dəhlizinin azərbaycanlı ekofəallar tərəfindən bağlanılmasına qarşıdır, lakin reallıqda erməni mafiozun əsas məqsədi özünün son zamanlar itən nüfuzunun reabilitasiyasına hesablanmışdı. Bundan başqa, aksiyanın əvvəlindən sonuna qədər “fəallıq” nümayiş etdirən Vardanyan Qarabağdakı rəqiblərinə də siyasi mesajlarını vermiş oldu. 

 

Məlum aksiyada iştirak edən Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan sanki ikinci planda idi. Fakt budur ki, A.Arutyunyan artıq özünü Vardanyanın kölgəsində olduğunu qəbul edib. Yəni, bugünki aksiyanın əsas hədəflərindən biri də Ermənistanın baş naziri Nikol Paşinyana və qondarma rejimin başçısı Arutunyana Vardanyanın demarşı idi. 

 

Baxmayaraq ki, Vardanyan çıxışında Laçın yolunun bağlanmasında azərbaycanlı ekoaktivistləri günahlandırdı, amma ermıni mafiozun sətiraltı mesajları həm də Paşinyana tuşlanmışdı. Faktiki olaraq Vardanyan hazırda özünü Xankəndidə “külli ixtiyar”sahibi hesab edir və Moskvadan aldığı direktivləri həvəslə yerinə yetirir. Dogrudur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov keçirdiyi görüşdə Vardanyanın Moskvanın adamı olmadığını, bundan sonra da olmayacağını desə də, bu, qətiyyən reallıgı əks etdirmir. Həmişə vurguladığım kimi, R.Vardanyanın Moskvanın çizdiyi sərhədlərdən kənara çlxa bilməz və o, Kremlin uyğun zamanda Yerevandakı hakimiyyət olimpinə hazırladığı fiqurdur. Hətta mən bir az da irəli gedərək onu deyərdim ki, Vardanyan Ermənistanın gələcəkdəki Bdzina İvanişvilisidir

 

R.Vardanyanın Xankəndidəki aksiyasının bir hədəfi də Qərbə yönəlmişdi. O, Qərbə demək istəyir ki, Qarabağdakı ermənilərin əsas himayədarı Rusiyadır və problemin həllində “Vaşinqton sənədi”deyil, Moskva variantı keçərlidir. Bilirik ki,Paşinyan hökuməti və ona yaxın olan media israrlıdır ki, Laçın koridoru boyunca BMT müşahidəçiləri monitorinq aparsın. Məsələ bundan ibarətdir ki, heç bir beynəlxalq mandatı olmayan Rusiya sülhməramlıları da bu təklifə qarşıdır və Moskvanın adamı Vardanyanın da bu təklifə isti yanaşmayacağını proqnoz etmək çətin deyil. 

 

Moskvanın əsas geosiyasi hədəfi sülhməramlılara beynəlxalq mandat alaraq Qarabağda uzun müddət qalmaqdır. Paşinyan da bir müddət əvvəl rus sülhməramlı kontingentinin Qarabağda 15-20 il qalmasını təklif etmişdi. Azərbaycan tərəfi isə 2025-ci ildə rus sülhməramlılarının bölgədən gedə biləcəyinin anonsunu verib. Ki bu tarixdən sonra Qarabağ ermənilərinin reinteqrasiyası nəzərdə tutulub.

 

Ümumiyyətlə, Bakı üçün Ukraynada mövqeləri zəifləyən Rusiya ilə Qarabağ məsələsində rəqabət aparmaq və istədiyinə nail olmaq daha asandır, nəinki Qərb ilə. Belə ki, mikrob tam formada olanda onunla mübarizə aparmaq təhlükəlidir. Lakin mikrobun yarısını məhv edəndə o vaksinə çevrilir. Və Azərbaycan tərəfi onun fərqindədir ki, zəif və yaxşı mikrob onun immun-sisteminə elə də təsir göstərə bilməz. Belə olan təqdirdə, Bakı Qarabağ məsələsində orta və uzaq perspektivdə istədiyinə nail ola bilər. Ancaq bir variantda mümkündür ki, Bakı rus sülhməramlılarının gələcəkdə Qarabağda qala biləcəyinə yaşıl işıq yandırsın. Bunun üçün sülhməramlılar gərək Azərbaycanın istəklərinə qarşı çıxmasınlar, ona müəyyən qədər bağlı olsunlar.

 

Bir vacib məsələ də bundan ibarətdir ki, Bakı Xankəndidə R.Vardanyanın mövcudlugu ilə barışmayacaq.Hazırda Bakı və Moskvs arasında əsas müzakirə mövzularından biri də Vardanyan amilidir. Əliyev hökumətinin digər əsas hədəfi də Zəngəzur dəhlizinin açılışına nail olmaqdır. Zəngəzur dəhlizi məsələsində Bakı və Moskva arasında konsensus var.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 180          Tarix: 26-12-2022, 07:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma