Xəbər lenti


Təəssüflər olsun ki, Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir.

 

Ukrayna Prezidenti Əliyevə göstərdiyi köməyə və dəstəyə görə təşəkkür edir, əslində belədir də. Bütün bunlar isə Azərbaycan qarşısındakı demokratik üstünlüklərimizi dəyərsizləşdirir. Bu, aşkar və danılmaz faktdır”,Erməni analitik Razmik Akopcanyan özünün müəllif yazısında bildirib.

 

Ovqat.com-un məlumatına görə, erməni müəllif etiraf edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan heç vaxt diplomatiya ustası olmayıb, onda “parlaq polemika qabiliyyəti və intellektuallıq” çatışmır.

 

 

Onda yalnız “ürəkləri yandırmaq, rəhbərlik etmək, qələbəyə inama ruhlandırmaq qabiliyyəti” var. “O əsl inqilabçıdır və alovlu üsyankardır”, - Akopcanyan bildirib.

 

Bununla belə, erməni müəllifin fikrincə, Paşinyanın indi ən yaxşı keyfiyyətlərini göstərmək vaxtı idi: “O, Kiyevə səfər edib demokratik dünyanın lideri, Ukrayna prezidenti Vladimir Zelenski ilə çiyin-çiyinə dayanardısa, Putin Rusiyasını axmaq və ümidsiz vəziyyətə sala bilərdi. Əminəm ki, müvafiq tapşırıq olsaydı, Kiyevdəki səfirliyimiz belə bir səfər təşkil edə bilərdi.

 

Təəssüf ki, bunlar edilmədi. Çox yaxşı bir şans, bütün demokratik dünyanın hörmətini qazanmaq üçün vacib bir məqam əldən verildi. Axı Münhen Təhlükəsizlik Konfransı kuluarlarında Ermənistanın avtoritar Azərbaycan üzərindəki demokratik üstünlüklərindən danışmaqla kifayətlənmək olmaz. Bu kardinal fərqləri konkret hərəkətlərlə sübut etmək vacibdir”.

 

Analitikin fikrincə, Paşinyanın bu diplomatik qabiliyyətsizliyi Qərb ölkələrində Azərbaycanın mövqeyini gücləndirir, bu da Qarabağ müzakirələrində rəsmi Bakıya üstünlüklər qazandırır.

 

Qeyd edək ki, Azərbaycan jurnalisti Mübariz Aslanovun bir neçə gün əvvəl Kiyevdə keçirilən müharibənin 1 illiyinə həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransında Ukrayna prezidentinə ünvanladığı suala  Zelenski belə cavab vermişdi: “Mən Azərbaycan dövlətinin və dövlət başçısının Ukraynaya dəstəyini yüksək qiymətləndirirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.

 

Görünən budur ki, Zelenskinin Azərbaycan barədə səsləndirdiyi bu fikirlər İrəvanda “soyuq duş” effekti yaradıb.

 




Ana səhifəyə qayıt        Baxış: 6 094          Tarix: 26-02-2023, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma