Xəbər lenti


 

I Hissə: Çin

 

MKM Pekin ABŞ-la artan rəqabəti epoxal geosiyasi dəyişikliyin bir hissəsi kimi görür və ona qarşı atılan addımları Çinin yüksəlişinin qarşısını almaq cəhdləri kimi nəzərdən keçirir.

 

Geosiyasət

 

Cənubi-Çin dənizində Pekin artan hərbi hava, dəniz və sərhəd mühafizə qüvvələrindən istifadə edib, rəqiblərini qorxutmağa davam edəcək. Eyni yanaşma Senkaku adaları məsələsində Yaponiyaya qarşı tədbiq ediləcək. “Bir kəmər, bir yol”, Qlobal inkişaf və qlobal təhlükəsizlik kimi təşəbbüslərlə Çin Qərbin başçılıq etdiyi b/institutlara alternativlər və yeni b/normalar yaratmağa cəhd edir. Hesabata görə Çin Moskvaya ictimai dəstəyi məhdudlaşdırsa da, “ABŞ-a çağırış olmağa davam etmək üçün” Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

 

Geoiqtisadiyyat

 

Çin növbəti illərdə də ABŞ-ın əsas texnoloji rəqibi olacaqdır. Çinin subsidiya, casusluq və ticarət siyasətindən istifadə etməsi ABŞ iqtisadiyyatına problemlər yaratmaq yanaşı, Pekinin qlobal texnoloji tərəqqi və standartlarda liderlik etmək səylərinə töhfə verir. Çin yarımkeçiricilər, vacib resurslar, akkumulyator, günəş batareyaları və əczaçılıq məhsulları daxil olmaqla bir sıra sektorların qlobal təchizat zəncirinin mərkəzini təşkil edir. 2020-ci ildə Si Cinpin böhran zamanı xarici ölkələri təhdid etmək üçün qlobal təchizat zəncirlərinin Çindən asılılığını artırmağın vacibliyini qeyd etmişdir. Çin mikrosxemləri istehsalı üzrə yeni zavodların tikintisində dünya lideridir. Çin 2019-cu ildə qlobal yarımkeçiricilərin istehsalının 11%-ni təşkil edirdisə, 2025-ci ildə bu göstərici 18%-ə çatacaqdır. Bütün bunlar ABŞ-ın Çindən asılılığına gətirib çıxara bilər. Çinin nadir torpaq elementləri daxil bir sıra strateji materialların hasilatı və emalı sahəsində üstünlüyü ABŞ-ın mülki-müdafiə istehsalı üçün ciddi problemdir. 2025-ci ilə qədər Çin litium-ion batareya bazarının 65%-nə və tədarük zəncirinin bütün hissələrinə nəzarət edəcək. Çin dünyanın aktiv əczaçılıq inqrediyentlərinin 40%-ni, dərmanların əsas tərkib hissəni istehsal edir. Günəş panel istehsalında Çinin qlobal payı indi 80%-dir, yaxın illərdə isə 95% olacaqdır.

 

Tayvan

 

Pekinin fikrincə, ABŞ Tayvandan Çinin yüksəlişini sarsıtmaq üçün “piyada” kimi istifadə edir. Hesabata əsasən, Pekin Tayvanı birləşdirmək üçün həm stimul, həm təzyiq metodlarından istifadə edəcək. Vaşinqton-Taypeyin yaxınlaşması Çini Tayvan boğazının mərkəz xəttini keçməyə və Tayvanın üzərindən raket uçuşları həyata keçirməyə stimullaşdıracaq. MKM-ə əsasən, Çin Tayvan üzərində nəzarətə nail olsa bu yarımkeçirici və mikrosxemlər tədarük zəncirlərinin pozulması daxil olmaqla, genişmiqyaslı nəticələrə səbəb olacaqdır.

 

Hərbi

 

Pekin 2027-ci ildə ABŞ ilə mümkün genişmiqyaslı və davamlı münaqişə şəraiti üçün zəruri h/modernizasiya həyata keçirir. Çin artıq regionda ən böyük hərbi hava/dəniz qüvvələrinə malikdir. Yaxın/orta/uzaqmənzilli raketlər isə ABŞ-ın regiondakı qüvvələrini ehtimal ki, artıq hədəf altında saxlaya bilir. Cibutidə h/baza yaratdıqdan sonra Çin Kamboca, Ekvotarial Qvineya, BƏƏ-də də baza yaratmağı nəzərdən keçirdir. Pekin idxalı əvəzetmə sayəsində KQS və qabaqcıl adi silah istehsalında daxili müdafiə potensialını artırır. Çin nüvə çəkindirməsində ABŞ-dan geri qaldığını düşündüyünə görə ABŞ-a qarşı rəqabətcil nüvə strategiyasına keçid edir və qitələrarası ballistik raketlər üçün yüzlərlə yeni şaxta tikir.

 

Efirokratiya

 

2045-ci ilə qədər ABŞ-ı ötmək üçün Çin geniş kosmik proqram həyata keçirdir. MKM-in fikrincə, Çin hətta 2030-cu ilə qədər kosmik texnologiyanın bəzi sahələri istisna olmaqla, qlobal statusa çatacaq. Çin Ayda robot-tədqiqat stansiyası, ardınca isə dövri ekipajla Ay bazası yaratmaq niyyətindədir. ABŞ-ın imkanlarını sarsıtmaq üçün Çin peyk kəşfiyyatı, peyk rabitəsi, yerüstü və orbital anti-peyk (radioelektron, enerji silahları, peykəleyhinə raketlər) silahlarını hazırlamağı davam edir. Çin, demək olar ki, ABŞ-da kritik infrastruktur xidmətlərini, o cümlədən neft-qaz kəmərləri və dəmiryol sistemlərini poza biləcək kiberhücumlar həyata keçirmək iqtidarındadır.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 6 252          Tarix: 17-03-2023, 08:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma