Xəbər lenti


 

Rusiyanın martın sonuna qədər Donbassın bütün ərazilərini ələ keçirmək planı baş tutmadı.

 

Ovqat.com-un məlumatına görə, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) yeni hesabatında belə deyilir.

 

“Ukrayna, Qərb və Rusiya mənbələri aprelin 1-də (şənbə günü) qeyd ediblər ki, Rusiya Federasiyasının Ukraynaya qış hücumu Kremlin qarşıya qoyduğu məqsədlərin reallaşmasına - mart ayına qədər Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinin ələ keçirilməsinə gətirib çıxarmayıb”, - hesabatda bildirilir.

 

ISW analitiklərinin proqnozlarına inansaq, Rusiyanın uğursuz hücumları tezliklə böyük hərbi personal dəyişiklikləri ilə nəticələnə bilər.

 

Rusiyanın hərbi komandanlığında dəyişikliklərlə bağlı bu ölkədə artan spekulyasiyalar, ehtimal ki, uğursuz qış hücumundan qaynaqlanır və tezliklə ali hərbi rəhbərliyin dəyişdirilə biləcəyini göstərir”, - analitiklər qeyd ediblər.

 

Qeyd edək ki, Rusiya ordusu Donbassda qış hücumu əməliyyatına fevralın əvvəlində başlamışdı. Ukrayna tərəfinin iddiasına görə, Rusiya bu əməliyyat nəticəsində Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirmək istəyirdi. İşğalçı ordunun qış hücumu əməliyyatında prioritet hədəflərindən biri Donetsk vilayətinin Baxmut şəhəri idi. Baxmut isə hələ də dirənir və ruslar bu şəhərin kənar məhəllələrində ilişib qalıblar.

 

“Qış hücumu” əməliyyatının qarşısını aldıqdan sonra Ukraynanın əks-hücuma keçəcəyi gözlənilir. Ukrayna rəsmilərinin açıqlamalarından da anlaşılır ki, Kiyev həlledici döyüşlər üçün Qərbdən ağır silahların tam göndərilməsini gözləyirlər. Çünki əks-hücumda istənilən nəticənin əldə olunmaması Ukrayna üçün fəlakətlə nəticələnə və işğalçıların Kiyevə qədər irəliləməsinə yol aça bilər.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski, Rusiyaya həlledici əks-hücumun yaz ayları və yayın əvvəlində baş verə biləcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 5 416          Tarix: 2-04-2023, 10:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma