Xəbər lenti


 

ABŞ Ukraynanın əks-hücumunun böyük fayda gətirəcəyinə şübhə ilə yanaşır.

 

Ovqat.com xəbər verir ki, bir müddət əvvəl internet resurslarına sızdırılan məxfi sənədlərdən bu nəticə çıxır. 

 

Ən azı bir qismi Pentaqona aid olan və bu səbəbdən ABŞ kəşfiyyatı tərəfindən sızdırıldığına inanılan sənədlər Bayden Administrasiyasının Ukrayna ordusunu açıq şəkildə dəstəkləməsinə baxmayaraq, öz mövqeyindən nəzərəçarpacaq dərəcədə uzaqlaşdığını göstərir və yəqin ki, müharibəni bitirmək üçün danışıqlara çağıran müxalifləri daha da cəsarətləndirəcək.

 

ABŞ kəşfiyyatının gizli sənədlərinə görə, Ukraynanın qoşun, döyüş sursatı və avadanlıqlar baxımından problemləri bu yaz Rusiya tərəfindən işğal edilmiş ərazilərin geri qaytarılmasına yönəlmiş gözlənilən əks hücumlarının ilkin hədəflərinə "əhəmiyyətli dərəcədə çatmamsına" səbəb ola bilər.

 

"Tam məxfi" qrifi altında fevral ayının əvvəlində hazırlanan sənədlərdə Ukraynanın əks-hücum əməliyyatının yalnız "təvazökar ərazi fəthlərlə" nəticələnə biləcəyi   ehtimalı üzərində durulur. 

 

Qəsdən sızdırıldiği güman olunan gizli hesabatlarda Ukraynanın hava hücumundan müdafiə sistemlərində və döyüş sursatları əldə etmək sahəsində kritik çatışmazlıqların aşkar edildiyi , eyni zamanda Rusiya Silahlı Qüvvələrinin də ondan fərqlənmədiyi göstərilir. 

 

Ukraynanın qarşıdakı əks-hücumu ilə əlaqədar hazırlanan bir hesabatda, Kiyevin strategiyasının Şərqdəki işğal olunmuş ərazilərin geri qaytarılması və eyni zamanda Rusiyanın Krımla quru əlaqəsini kəsmək cəhdi ilə cənuba doğru irəliləməsi proqnozlaşdırılır. Sənəddə deyilir ki, möhkəmləndirilmiş Rusiya müdafiəsinin gücü "Ukraynanın təlim və sursat tədarükündə davam edən çatışmazlıqları ilə birlikdə irəliləməsini çətinləşdirəcək və hücum zamanı itkilərini artıracaq".

 

Hesabatlarda ABŞ rəsmilərinin müxtəlif hücum ssenarilərinin necə inkişaf etdirə bilmək və çox zəif güc bölgüsünün nəticələrini müəyyənləşdirmək üçün Ukrayna hərbi liderləri ilə stolüstü təlimlər keçirdikləri vurğulanır. “Bu, tədarük xətlərini xeyli uzada və işğal olunmuş ərazilərə daha da irəliləməyə çalışarkən geri alınan yerlərin saxlanılmasını çətinləşdirə bilər”, - The Washington Post-un hesabatlarla bağlı şərhində qeyd olunur: “ABŞ rəsmilərinin sözlərinə görə, bütün tərəflər bu danışıqları Ukraynanın hücumda nəyə nail ola biləcəyinin məhdudiyyətlərini anlamağa başladığı və buna uyğun hazırlaşdığı hissi ilə başa çatdırdılar. Bu insanların sözlərinə görə, quru körpüsünün qırılması mümkün olmasa da, ABŞ ümid edir ki, əlavə faydalar ən azı işğal qüvvələri üçün həyat xətti olan dəhliz boyunca Rusiya texnikası və əsgərlərinin sərbəst gediş-gəlişini poza bilər”.

 

The Washington Post”-a açıqlama verən adı çəkilməyən yüksək rütbəli bir Ukrayna rəsmisi sənəddəki iddiaları mübahisələndirməyib və Qərb tərəfindən vəd edilmiş tədarükü ləngidən maddi-texniki problemlərə toxunub: “Bu, qismən doğrudur, ancaq ən kritik hissə, yeni yaradılan briqadaların hazırlanmasını və ümumiyyətlə əks hücumu gecikdirən hadisə vəd edilmiş sistemlərin vaxtında verilməməsidir.” 

 

Nəşrin həmsöhbəti xatırladıb ki, ABŞ da daxil olmaqla bir neçə ölkə Ukraynaya döyüş tankları və digər zirehli maşınlar verdi, “ancaq Kiyev və Şərqi Avropadakı ən sadiq tərəfdarları tərəfindən tənqidlərə səbəb olan yardım qərarı ilə bağlı ağrılı düşüncələrdən sonra. Vaşinqton da "Abrams" tank blokunu göndərmək planlarını sürətləndirdi, lakin bir neçə ay sonra ünvanına çatdırmaq şərtilə.

 

Digər bir yüksək ranklı Ukrayna rəsmisi nəşrə açıqlamasında sənədlərin sızmasının planlaşdırılan əks hücum əməliyyatını təhlükə altına qoymayacağını söyləyib: “Hər kəs bilir ki, silah-sursatımız azdır - prezident və Müdafiə naziri bu barədə açıq danışırlar. Noyabr ayından etibarən hər kəsə aydın oldu ki, növbəti əks hücum cənubda, əvvəlcə Melitopolda, sonra Berdyanskda olacaq. Ancaq dəqiq yer-bir həftə əvvəl dəyişdirilə bilər”.

 

The Washington Post”un məqaləsində o da qeyd olunur ki, hərbi məmurlar və müstəqil analitiklər Ukraynanın şərqində və cənubunda əks-hücum ehtimalı barədə açıq şəkildə fərziyyələr irəli sürürlər. Rusiya Krım yarımadasının müdafiəsini qalın istehkam və xəndək xətləri şəbəkəsi ilə gücləndirib, o da açıq-aydın belə bir əməliyyatı gözləyir.






Ana səhifəyə qayıt        Baxış: 4 583          Tarix: 11-04-2023, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma