Xəbər lenti


 

NBC kanalı tərəfindən aparılan soğruya görə Amerika əhalisinin əksəriyyəti nə Baydeni (70%), nə də Trampı (60%) prezident kürsüsündə görmək istəyir. Baydenin əleyhdarlarının təxminən yarısı demokratlar, Trampın əleyhdarlarının 1/3 hissəsi isə respublikaçılardır (GOP). Bununla belə hər iki namizəd partiyaları daxilində populyarlığına görə digər siyasətçiləri üstələyirlər.

 

Baydenin seçki strategiyası

 

Görünən odur ki, seçkilərdə qalib gəlmək üçün Bayden vurğunu öz uğurlarından çox Trampın şəxsiyyətinə və respublikaçıların “ekstremist” baxışlarına edəcəkdir. Seçki videoçarxında Bayden, Kapitoliyə hücum və Ali Məhkəmə qarşısında abort tərəfdarlarının etiraz kadrları fonunda “biz Amerikanın ruhu uğrunda mübarizə aparırıq” cümləsini işlədir: “Qarşılaşdığımız sual odur ki, qarşıdakı illərdə daha çox və ya daha az azadlığa/hüquqa sahib olacağıq”. Videoçarxda insanlara səhiyyə, təhsil və şəxsi münasibətlər məsələlərində hansı qərarı qəbul etmək lazım olduğunu diktə edən “MAGA (Make America Great Again) ekstremistləri” barədə xəbərdarlıqlar səsləndirilir.

 

Baydenin şansları

 

Bayden ABŞ tarixində ən yaşlı prezidentdir. Hazırda Baydenin 80, prezident seçkiləri vaxtı isə artıq 82 yaşı olacaqdır. Onun yaşı hətta demokrat seçicilər arasında narahatlıq ilə qarşılaşır. Böyük yaş + Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi qeyri-stabillik + respublikaçıların aşağı palataya nəzarəti səbəbindən iki ildə nəzərəçarpan qanunverici nailiyyətlərin olmaması + Əfqanıstandan “biyabırçı qaçış” Baydenin yenidən seçilməsinə mane olan əsas faktorlardır. Bununla belə pandemiyanın mənfi təsirlərinin uğurla aradan qaldırılması + mikroçip/yarımkeçirilərin yerli istehsalına nəhəng investisiyalar + inflyasiyanın qismən cilovlanması + seçkilərə vitse-prezident kimi yenə (Qara və Asiya mənşəli) K.Harrisin irəli sürülməsi Baydenin seçkilərdə reytinqinə müsbət təsir göstərən faktorlardır.

 

Associated Press-in hesablamalarına görə cəmi 26% amerikalı Baydeninin ikinci dəfə namizədliyini irəli sürməsini istəyir. Demokratlar arasında Baydenin reytinqi 47%-ə bərabərdir. Bu göstərici ilə o digər demokrat namizədləri xeyli arxada qoyur. Demokratların 81%-i (41% dəqiq, 40% yəqin ki) Baydenin vahid namizəd olacağı halda səslərini ona verəcəklər.

 

Respublikaçıların cavab strategiyası

 

Baydenin videoçarxına GOP Süni Zəkanın Baydenin yenidən seçiləcəyi təqdirdə Amerikanın mümkün gələcəyi haqqında anti-utopik video ilə cavab verdilər. Videoda Baydenin qalib gəlmə xəbəri fonunda cinayətkarlığın, beynəlxalq iğtişaşların, qarşısı alınmaz qanunsuz miqrasiyanın və iqtisadi fəlakətlərin baş verəcəyi əks olunur.

 

NBC-yə görə GOP içərisində birinci yerdə Tramp (46%), ardınca R.Desantis (31%), sabiq vitse-prezident M.Pens (6%) və BMT-dəki sabiq səfir/qubernator Nikki Heyli (3%) gəlir. Yahoo News/YouGov-a görə isə Trampa qarşı məhkəmə iddiası onun reytinqinin 10% artmasına və 57%-ə çatmasına səbəb oldu. Qeyd edək ki, Tramp seçkilərdə iştirak edəcəyini elan edəndə onun reytinqi (41%) Desantisin reytinqindən (45%) geri qalırdı. Belə şəraitdə GOP-un iki mümkün strategiyası yaranır:

 

1.Seçkilərə vahid namizəd kimi Trampı irəli sürüb, bütün qüvvələri Trampın dəstəyinə və Baydenin diskreditə edilməsinə sərf etmək;

2.Trampla razılığa gəlib, bütün praymeriz boyunca Trampı dəstəkləyib, ən son məqamda Trampın dəstəyi ilə vahid namizəd kimi Desantisi irəli sürmək

 

Nəticə

II strategiya daha effektivdir. Tramp Baydendən cavan olsa da, onun hazırda 76 yaşı var, seçki ərəfəsində isə 78 yaşı olacaqdır – müşahidələr isə göstərir ki, Amerika xalqı Ağ Evə cavan siyasətçinin daxil olmasını istəyir. Əgər GOP indi Trampla razılığa gəlib, vahid namizəd kimi Desantisi irəli sürsə, Bayden ehtimal ki, namizədliyini geri çəkəcək və demokratlar Desantisə qarşı cavan siyasətçi (ola bilsin vitse-prezident K.Harrisi) çıxaracaqlar. Lakin, əgər bu ən son anda baş versə demokratların manevr edib, yeni namizəd tapıb, onu piar etmək üçün vaxtı qalmayacaq və Ağ Evə Desantis daxil olacaq.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 5 958          Tarix: 1-05-2023, 05:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma