Xəbər lenti


 

Avropa Birliyi ölkələrinə sığınan ukraynalı qadınlar öz ölkələrində abort və kontrasepsiyadan (arzuolunmaz hamiləliyin qarşısının alınması) istifadə etmək üçün təhlükəli münaqişə zonalarından keçməyə məcburdurlar.

 

Ovqat.com xəbər verir ki, Böyük Britanyanın “İndependent” nəşri bu barədə yazır.

 

Nəşrin məlumatına görə, tədqiqatlar göstərib ki, hazırda Polşa, Rumıniya, Macarıstan və Slovakiyada yaşayan ukraynalı qadınlar müharibə şəraitində olan ölkələrinə qayıtmaq məcburiyyətində qalırlar. Çünki Ukraynada abort olunmaq üçün həkim və müvafiq dərmanlar tapmaq daha asandır.

 

Reproduktiv Hüquqlar Mərkəzi və səkkiz insan hüquqları təşkilatı tərəfindən aparılan araşdırmada qaçqınlar düzgün qayğıya çatmağa çalışarkən hüquqi məhdudiyyətlər və xərc kimi problemlərlə mübarizə apardıqları üçün “risk altında”dırlar.

 

Digər maneələrın arasında "məlumat çatışmazlığı, keyfiyyətsiz qayğı", eləcə də "institusional irqçilik” problemləri yer alır.

 

Polşanın Qadın və Ailə Planlaması üzrə Federa Fondunun sözçüsü Kristina Kacpuranın fikrincə, ukraynalı qadınların bu ölkədə aborta “həqiqi çıxışları yoxdur” və onlar digər reproduktiv sağlamlıq faktları ilə barışmaqda çətinlik çəkirlər: “Avropada ukraynalı qadınlar üçün təcili kontrasepsiya kimi xidmətlər çox məhduddur”.

 

Ukraynanın Polşada yerləşən “Martinka” təşkilatından Anastasiya Podorojniya isə bildirib: “Bizə artıq yetkinlik yaşına çatmış bir yeniyetmə qız müraciət etdi. Polşada aptekə gedib və müvafiq həbi haradan alacağını soruşub. Ona çox qəribə baxıblar və o, Ukraynadan olan bir insan kimi bunu gözləmirdi”.

 

Rusiyanın keçən ilin fevralında işğala başlamasından sonra 8 milyona yaxın ukraynalı ölkəni tərk etmək məcburiyyətində qalıb, qaçqınların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

 

Reproduktiv Hüquqlar Mərkəzinin baş regional direktoru Leah Hoctor da bu faktı inkar etməyib: “Hal-hazırda Macarıstan, Polşa, Rumıniya və Slovakiyada olan Ukraynadan olan qadınlar cinsi və reproduktiv sağlamlıq xidmətinə ehtiyac duyduqları zaman çox fərqli bir reallıqla qarşılaşırlar. Onlar qayğı və qorunmaq əvəzinə müntəzəm olaraq məhdudiyyətlər, çaşqınlıq və ayrı-seçkilik kimi maneələrlə üzləşirlər”.

 

Tədqiqatda iştirak edən başqa bir təşkilat olan Macarıstandakı Emma Assosiasiyasından Anna İvanyi, Ukraynadan olan qadın qaçqınların vətənlərinə qayıtmalarının səbəbini "Ukraynada həb tapmaq və ya abortun daha asan” olması ilə izah edib: “Çünki Macarıstanda tibbi abortlar həyata keçirilmir”.

 

“Bu qadınlar Ukrayna və Macarıstan arasında gedib-gələ bilər, lakin bu, o demək deyil ki, bu, dinc və ya normal səyahətdir. Bu, onlar üçün çox streslidir", - deyə İvanyi bildirib.

 

Ukraynadan olan, lakin hazırda Rumıniyada yaşayan Yuliya iddia edir ki, qadınlar həkim tapmaq üçün başqa ölkələrdən Ukraynanın qərb bölgəsinə “geri qayıdırlar” və onların başqa variantları yoxdur.

 

Tədqiqatda deyilir ki, Ukraynadakı münaqişə cinsi təcavüzə məruz qalan qaçqınlar da öz ölkələrini tərk etdikdən sonra lazımi dəstək almaq üçün mübarizə aparırlar.

 

Xanım Kacpura deyib ki, o, təcavüzə məruz qalan 40 yaşlarında qadınlarla danışıb. "Ancaq onlar mənə deyirdilər ki, “zəhmət olmasa, heç kimə demə, çünki mənim ailəm var və ərim döyüşür", - xanım Kacpura deyib ki, bu qadınları ən çox düşündürən ərlərinin onların hamilə olduğunu eşidərkən keçirəcəkləri məyusluqdur.  “Təsəvvür edə bilərsinizmi ki, mən onun dərdlərinə yenisini necə əlavə edə bilərəm? Müharibədən gəlib bir də mənim yanımda uşaq görsə nə olar?”...  Onlara izahat verdikdə ki, Polşada qanuni abort üçün prokurorluqdan arayışı almalısan, deyirlər: “Həyatım, ailəm indi mənim üçün şeydən önəmlidir””, - Kacpura açıqlamasında deyib.




Ana səhifəyə qayıt        Baxış: 5 805          Tarix: 19-05-2023, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma