Hraçya Qalustyan
ArmenianReport
Biz yenə də tarixin kənarında qalmaq riski ilə üz-üzəyik. Çünki biz tamamilə gülünc bir prinsipə uyğun hərəkət edirik - əvvəlcə məhv edin, yalnız bundan sonra oturub fikirləşin ki, nəsə yaratmaq mümkündürmü? İndi bütün Ermənistan və Qarabağ ictimaiyyəti baş nazir Nikol Paşinyanın son bəyanatlarını müzakirə edir. İnsanlar qəzəbləniblər. Bəs siz düşünmürsünüzmü ki, insanların bu qəzəbindən istifadə edə bilənlər nəyisə dəyişməyə qadirdirlərmi?
Mən şəxsən bu təhlükəni çox aydın görürəm. Çünki bu personajların əsas planı göz qabağındadır - qanuni, demokratik yolla seçilmiş hakimiyyəti devirmək. Bütün bu xanımların və cənabların etdiklərinə informasiya-psixoloji xüsusi əməliyyat (İPXƏ) deyilir.
Bu, Amerikanların "psixoloji əməliyyatlar" və ya PSYOP termininin lokallaşdırılmış və bir qədər genişləndirilmiş versiyasıdır.
ABŞ Müdafiə Departamentinin Lüğəti PSYOP-u belə tərif edir: "Əcnəbi auditoriyaya onların hisslərinə, motivlərinə, tənqidi düşüncələrinə və son nəticədə xarici hökumətlərin, təşkilatların, qrupların və ya şəxslərin fəaliyyətlərinə təsir etmək üçün xüsusi məlumat və göstəricilərin çatdırılması üçün planlaşdırılmış hərəkət". Bizim vəziyyətimizdə İPXƏ-nun hədəfi Ermənistan vətəndaşlarıdır.
İPXƏ - xəbərlər, bəyanatlar, hadisələr və ekspert şərhləri şəlaləsi boyunca müəyyən bir ssenarinin informasiya sahəsində əlaqələndirilmiş şəkildə yerləşdirilməsidir. Biz nə görürük? Bir sıra siyasətçilərin, ekspertlərin, medianın eyni mövzuda fasiləsiz açıqlamalarını. Onların hamısı bizə bunu təlqin etmək istəyirlər ki, indiki hökumət satqınlar və təslimçilər toplusudur və Ermənistanda və Qarabağda hər şeyin bir anda yaxşılığa doğru dəyişməsi üçün onu devirmək kifayətdir.
Bu İPXƏ-nun xarici benefisiarlarının olması faktı da ortadadır. Bunu xüsusi əməliyyatların böyük ustası, “Russia Today” media qrupunun rəhbəri Marqarita Simonyanın onunla əlaqəsi sübut edir. O, uzun illər Kremlə xidmət edib, Ukrayna və Ermənistana qarşı düşmənçilik alovunu yandırıb. İndi o, haqlı olaraq icazə verildiyi bir ölkənin vətəndaşlarını aşağılayaraq, şüurlu, məqsədyönlü şəkildə təhqiramiz ünsiyyət tonu seçdi.
Məhz bunun üçün də xarici ölkə vətəndaşlarını “sürü” adlandırdı. O, əslində sürünün itaətkarlıqla övladlarını qırğın üçün Ukraynaya göndərən, ölümlərinə müqabilində alınan ağ “Lada-Kalina”ya sevinən rusların olması barədə heç nə demədi. Eləcə də Rusiyanın heç vaxt bizim ölkədə olduğu kimi demokratiyanı xəyal etməməsi haqqında heç nə demir. Bu xanım onminlərlə həmvətəninin Ermənistana qaçması faktını da “görmək” istəmir.
Onlar diktator Putin üçün “top yemi” olmaq istəmədikləri üçün ölkələrindən qaçıblar. Simonyan da daxil olmaqla, qaçmağa məcbur olublar. Hansı ki, bizim qanuni səlahiyyətimizə qarşı İPXƏ-yə qoşulmaqla belə bir ssenaridə maraqlı olanlara xəyanət ediblər. Gürcüstanda Mixail Saakaşvilini devirdiyi kimi, Putinin də Paşinyanı devirmək istəyinin olduğuna kimsə şübhə edir? Mənim belə bir şübhəm yoxdur.
Eyni zamanda, mən mükəmməl başa düşürəm ki, Kremlin ölkəmizdə hakimiyyətə gətirmək istədiyi şəxslərin heç biri nəyisə kökündən dəyişdirə bilməyəcək. Kim nə deyə bilər, amma artıq qlobal konsensus var ki, Azərbaycan deyil, biz güzəştə getməliyik. Çünki biz müharibəni uduzmuşuq. Çünki kim nə deyirsə desin, Qarabağ həmişə hamı tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb.
Yəni diplomatik yolla nəyisə dəyişməyimiz mümkün olmayacaq. Döyüşmək? Buna gücümüz çatırmı? Bu suala özünüz vicdanla cavab verin. Aydındır ki, yox. Bu rəzil İPXƏ-ni başlatanlar bunu çox yaxşı bilirlər. Aydındır ki, Rusiyanın da, xüsusilə Ukraynadakı məğlubiyyətdən sonra bu müharibəyə girməyə gücü çatmayacaq. Qərb isə yenə də "güclü narahatlıq" nümayiş etdirərək əllərini yuyacaq.
Yalnız ayıq bir baxışla baş verənlərə baxın. Çin Azərbaycanla əməkdaşlıqda maraqlıdır, ABŞ prezidenti Bayden Ukraynaya kömək etdiyinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım etdiyinə görə Azərbaycana açıq təşəkkür edir, Aİ Azərbaycanı açıq şəkildə alqışlayır. Daha sonra Əliyev Xəzər və Baltik dənizi regionları arasında əlaqənin yaradılmasının zəruriliyini və məqsədəuyğunluğunu bəyan edir. Bu şərtlərlə bütün kartlar Bakının əlindədir. Təəssüf ki, bu acı reallıqdır. Hansı ki, bunu ancaq Ermənistanda hakimiyyəti devirmək, ölkəmizi Belarusa çevirmək məqsədi ilə İPXƏ aparanlar inkar edə bilər.
Tərcümə etdi: Ovqat.com
Paylaş: