Birləşmiş Ştatlar Qarabağı Azərbaycanla görüşməyə məcbur edir, imtina ediləcəyi təqdirdə antiterror əməliyyatı keçiriləcəyi ilə hədələyir.
Ovqat.com-un bildirdiyinə görə, Vaşinqtondakı diplomatik mənbənin RİA-ya verdiyi məlumata belə deyilir.
Nəşrin iddiasına inansaq, məqsəd ultimativ tərzdə Qarabağ ermənilərini amerikalı kuratorun iştirakı ilə Azərbaycan tərəfi ilə görüşə razılıq salmaqdır.
Qarabağ rəhbərliyi bu cür təmasdan imtina edərsə, o zaman Azərbaycanın regionda əks-terror əməliyyatı keçirəcəyi separatçılarım diqqətinə çatdırılıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Amerikanın “sülhməramlı təşəbbüsü”nə Qarabağın “xarici işlər naziri” Sergey Qazaryan tərəfindən lobbiçilik edilir və onun maraqları Azərbaycanın maraqları ilə tam üst-üstə düşür”.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan 30 ilə yaxın silahlı münaqişədən sonra “sülh astanasındadır”.
Paylaş: