Xəbər lenti


 

Qondarma “Artsax Respublikası”nın sözdə “Müdafiə ordusu” Azərbaycanın hərbi qüvvələrinin Qarabağ ətrafında hərəkətləri və toplaşması haqqında məlumat yayıb.

 

Ovqat.com-un məlumatına görə, “Müdafiə ordusu”nun mətbuat xidməti iddia edib ki, təmas xəttində külli miqdarda hərbi texnikanın, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin artilleriyasının hərəkəti və cəmləşməsi qeydə alınıb.

 

Erməni separatçıları öz iddialarını təsdiqləmək üçün video da yayıblar. Videoda hərbi maşın karvanlarının və texnikalarının dağ yolu boyunca irəlilədiyi əks olunub.

 






Ana səhifəyə qayıt        Baxış: 5 809          Tarix: 6-09-2023, 06:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma