“Türkiyə prezidenti Rəcəb Ərdoğanla söhbətimiz çox faydalı oldu”
Ovqat.com-un məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasındakı çıxışında bildirib.
“Söhbət [mətbuat xidmətinin] mesajları qədər rəsmi idi. Əhatəli və faydalı olduğunu deyə bilərəm. Bir sıra nüanslar, mövqelər və qiymətləndirmələr üzrə daimi təmasların olması vacibdir”, - baş nazir bildirib.
Qeyd edək ki, Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Ermənistan və Türkiyə liderlərinin telefon söhbəti zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdiklərini bildirmişdi.
“Söhbət zamanı Paşinyan və Ərdoğan vurğulayıblar ki, regionda uzunmüddətli sülh və sabitlik bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcək”, - Bağdasaryan vurğulamışdı. Paşinyanın mətbuat katibinin iddiasına görə, tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini dilə gətiriblər.
Məlumatda bildirilir ki, Ermənistanın baş naziri ilə telefon danışığı G-20 sammitindəkı çıxışında Qarabağda prezident seçkilərinin keçirilməsini tənqid edən və seçkiləri “yanlış addım” adlandıran Ərdoğanın təşəbbüsü ilə baş tutub.
Paylaş: