Xəbər lenti


 

Azərbaycan səfərindən sonra Ermənistana yollanan İraq prezidenti Əbdüllətif Rəşidin bu ölkədə ilk işi qondarma soyqırım abidəsini ziyarət etmək olub.

 

Ovqat.com-un məlumatına görə, Tsitsernakaberd Memorial Kompleksini ziyarət edən Rəşid “erməni soyqırımı qurbanlarının xatirəsini” yad edib.

 

Bildirilir ki, İraq Prezidenti Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin və əbədi məşəlin önünə əklil və gül dəstələri qoyub.

 

Dünən İrəvana gedən İraq prezidenti burada həmkarı Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və Milli Məclisin sədri Alen Simonyanla görüşəcək.




Ana səhifəyə qayıt        Baxış: 5 355          Tarix: 22-11-2023, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma