Ermənistan parlamentinin spikeri Alen Simonyan istefaya göndərilə bilər.
Ovqat.com-un məlumatına görə, “Joxovurd” adlı erməni nəşri bu barədə yazıb.
Nəşr iddia edir ki, Paşinyanın "Mülki müqavilə" dəki silahdaşları ondan spiker Alen Simonyanın istefasını tələb edirlər.
Səbəb parlament sədrinin qardaşı arvadının iştirakı ilə baş verən son korrupsiya qalmaqalıdır. İddiaya görə, bu qalmaqal hakim partiyanın deputatlarının səbr kasasını daşırıb. Deputatlar Simonyanın bir il əvvəl onu xain adlandıran şəxsin üzünə tüpürdüyünü də əsas gətirib bu adamın parlament spikeri kimi saxlanılmasının onsuz da getdikcə ictimai rəğbətini itirən hakim partiyanı tamamən nüfuzdan sala biləcəyindən ehtiyatlanırlar.
Nəşrin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Simonyanı özünə rəqib bilir və onun əleyhinə fəal şəkildə işləyir.
Qeyd edək ki, Alen Simonyanın qardaşı arvadı Ani Gevorkyan bir neçə gün bundan əvvəl korrupsiya ittihamı ilə 2 ay müddətinə həbs olunmuşdu.
Paylaş: