Nəhayət, Şimali Qafqazda, Zaqafqaziyada, Orta Asiyada Rusiya imperiyasının, ardınca isə Sovet İttifaqının son 300-350 illik tarixi başa çatdı.
Ovqat.com-un məlumatına görə, bu barədə Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində bildirib.
Rus sülhməramlılarının Qarabağdan çıxarılmasını şərh edən ekspertin fikrincə, yeni şəraitdə yeni, lakin fərqli münasibətlər sistemi formalaşacaq: “Bu gün biz Qərblə böyük müharibənin mərkəzindəyik, burada məsələnin qiyməti bu və ya digər tarixi regionda bu və ya digər hərbi baza ilə deyil, Rusiyanın, bəlkə də bütün dünyanın varlığı ilə bağlıdır”.
Onun fikrincə, Cənubi Qafqazın ruslaşmaması faktdır və bu barədə mübahisə etmək əbəsdir.
“Rusiya Ukraynadakı hərbi əməliyyatlarla eyni vaxtda Türkiyəyə qarşı hərbi ekspedisiya və ya böyük regional müharibəyə başlamaqda maraqlıdırmı? Xeyr, maraqlı deyil”, - deyə Satanovski əlavə edib.
Paylaş: