Bu gün səhər tezdən İranın İsfahan şəhərində güclü partlayış baş verib.
Ovqat.com-un məlumatına görə, bu barədə məlumatı İranpress.com yayıb.
Partlayışın səbəbinin hələlik bəlli olmadığı vurğulanan xəbərdə İraq və Suriyada da bənzər parlayışların baş verdiyi bildirilir.
Bəzi Qərb mətbuatı İsrailin İrana cavab zərbələrinə başladığını bildiriblər.
Qeyd edək ki, İsfahanda İranın böyük nüvə obyektləri yerləşir. Bu səbəbdən də partlayışların məhz həmin obyektlərdə baş verdiyinə dair bəzi iddialar Qərb mediasında özünə yer tapıb. SEPAH-a bağlı “Tasnim” informasiya agentliyi isə nüvə obyektlərinin tam təhlükəsizlik şəraitində işlədiyini bəyan edib.
“The New York Times” üç İran rəsmisinə istinadən bildirib ki, İsrail İsfahanda yerləşən hərbi aviabazanı vurub.
Paylaş: