Xəbər lenti

  

Rusiya qoşunları Xarkov vilayətinin şimalında Rusiya-Ukrayna sərhədi boyunca hücum əməliyyatlarını davam etdirir və mühüm uğurlar əldə edirlər.

 

Ovqat.com-un məlumatına görə, Amerikanın Müharibələrin Tədqiqatı İnstitutu (ISW) bu barədə bildirib.

 

Məlumatda qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin şimalına hücumu Ukrayna qüvvələrini cəbhənin digər bölmələrindən yayındırmaq məqsədi daşıyır.

 

“Rusiya qoşunları Şimali Donets çayının şərqindəki döyüş məkanını sürətlə təcrid etməyə və Kupyansk istiqamətində müdafiə olunan Ukrayna qruplaşması üçün təhlükə yaradaraq Volçanskını tutmağa çalışır”, - yazan tədqiqat institutu rus ordusunun Xarkov vilayətinin şimalında uğurla irəlilədiyini vurğulayır; xüsusilə də Svatovo, Çasovoy Yar, Avdeevka və Donetsk şəhəri yaxınlığında

 

ISW iddia edir ki, ruslar qərbdən Zaporojye bölgəsinə, şərqdən isə Xerson bölgəsinə hücumlarını davam etdirir.

 




Ana səhifəyə qayıt        Baxış: 4 262          Tarix: 12-05-2024, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma