Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair Elbəyi Sadıq oğlu Maqsudov bu gün vaxtsız vəfat etmişdir.
Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun sərhəd bölgəsində yerləşən Gərməçataq kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində, orta təhsilini isə Naxçıvan şəhərində başa vurmuşdu.
1992-ci ildə “Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdı.
Metodist alim kimi bir neçə il Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki “Xanım qızlar”, “Türk oğlanlar liseyi”ndə və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.
1988-ci ildə VIII ümumittifaq pedaqoji mühazirələrində fəal iştirakına görə Babək rayonu Gərməçataq kənd orta məktəbinin müəllimi E. Maqsudov Azərbaycan Pedaqoji Cəmiyyətinin, SSRİ Təhsil Nazirliyi və Pedaqoji Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunmuşdu.
1989-cu ildən Naxçıvan şəhər 3 saylı rus məktəbində pedaqoji fəaliyyətə başlayan E.Maqsudovun qabaqcıl iş təcrübəsi, yüksək pedaqoji fəaliyyəti bir cox digər məktəb rəhbərlərinin də diqqətini cəlb etmişdi.
1994-cü ildə NDU-nun rektoru professor Qasım Hüseynov tərəfindən E. Maqsudov universitetə müəllim kimi dəvət olunmuş, Ali təhsil müəssisəsində fəaliyyətə başlayan Elbəyi müəllimi elə həmin il də Universitet Elmi Şurasının katibi seçilmişdi. Bu təcrübəli müəllim həm öz ixtisasının tədrisində, həm elmi şuraların təşkili və keçirilməsində, həm də ictimai işlərdə çox fəal iştirak ermişdir.
Elbəyi Maqsudov Universitet Elmi Şurasınin katibi işlədiyi müddətdə tez-tez müxtəlif elmi konfranslara dəvətlər alır və maraqlı mövzularda çıxışlar etmişdir.
SSRİ Təhsil Nazirliyi və Elmlər Akademiyasının, Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, pedaqoji cəmiyyətlərin müxtəlif fəxri fərmanları ilə təltif olunmuşdur. O, 1984-cü ildən metodist müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir.
“Azərbaycan və türk dilinin müqayısəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri (ali məktəblərin filologiya fakültələrində)” adlı mövzuda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2010-cu ildə ona pedaqogika ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
O, Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq poetik-praktik qrammatika yaratmış, dilin bütün bölmələrini elmi, bədii və praktik sintezlə poetikləşdirmişdir.
“Poetik-praktik Azərbaycan dili” kitabı dövlət dilinin tətbiqi baxımından poetik dillə yazılmış ilk fundamental əsər kimi məktəblilər, abituriyentlər, müəllimlər və xaricdə yaşayan həmvətənlərimiz üçün əvəzedilməz mənbədir. Onun bu kitabı 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatı Komissiyasına təqdim olunmuşdur.
Elbəyi Maqsudov Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı maraqlı tədqiqatların müəllifii idi. “Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri”, “XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər”, “Azərbaycanca-türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti” , “Dillərarası əlaqə təliminin metodikası” ,”Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr”, “Ürək bir dünyadır”, “Sözlər də insan kimidir”, “Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar”, “Təmsillər”, “Poetik türkəçarələr”, “Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri”,”Poetik-praktik Azərbaycan dili” kitablarının, “Cümlələrin söhbəti” adlı qrammatik poemanın,”Durğu işarələri” adlı birpərdəli mənzum pyesin və s. elmi-metodiki, bədii əsərlərin müəllifi idi. 2007-ci ildə “Azərbaycan Pespublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltlif edilmişdi.
Elbəyi Maqsudovun dərin məzmunlu, həzin, lirik şeirlərinə tanınmış bəstəkarlar musiqi bəstələmiş və müxtəlif dövlət tədbirlərində ifa edilmişdir. Bəstəkar Kamal Əhmədovun “Vətəndir”, “Anacan”,“Zəfər marşı”, Şəmsəddin Qasımovun “Ata”, Nazim Quliyevin “Naxçıvanlılar”, Əqidə Ələkbərovanın “Həbibə” və s. mahnıları belə uğurlu əsərlərdəndir
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 17 yanvar 2008-ci il tarixli qərarı ilə “Fənlərin tədrisi metodikası “ kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Sadıq oğlu Maqsudova 2007-ci ildəki elmi nailiyyətlərinə görə “İlin alimi” fəxri adı, 2014-cü ildə isə Azərbaycan Pespublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.
E.Maqsudov 10-dan çox doktorant və dissertanta elmi rəhbərlik etmişdir.
Dilçiilçı alim, metodist, pedaqoq-şair Elbəyi Maqsudovun əziz xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin.
Ovqat.com
Paylaş: