İstəyirsinizsə, gəlin, bu gün ABŞ-ın dərinliklərinə enək. Orada baş verən hadisələrə baxaq. Diqqəti bizi maraqlandıran həmlələrə verək. Burada çox adam danışmasa da, yazmasa da, Türkiyə hansısa bir formada ABŞ-ın dərinliklərindəki gizli manşetlərin ön cərgəsində yer almaqdadır.
İzləyənlər bilir. Silah lobbisi, arxasında duran ailələr, dini vektorlar haqqında çox yazdım. ABŞ prezidentlərinin ətrafının necə mühasirəyə alındığını da tez-tez təkrarladım. ABŞ daxilindəki müxtəlif qrupların müxtəlif toqquşmaları haqqındakı fikirlərimi dəfələrlə paylaşdım.
İndi gərginlik daha da artıb. Xüsusilə Ərdoğanın səfəri öncəsi və sonrası baş verən hadisələr vardır. Biz bilməsək də, dərinliklərdə baş verən sarsıntı böyükdür.
İstəyirsinizsə, bu məsələni bir az açaq. Şəxslər vasitəsilə gedək. Hadisənin böyüklüyünü anlayın.
“Dərin Amerika”, yəni Pentaqon və onun arxasındakı əsas güc olan silah lobbisi əməlli-başlı sərtləşib. Bu gün Trampın impiçment prosesinin mərkəzində yatan səbəb Ağ Evin silah lobbisi tərəfindən idarə edilə bilməməsidir. Doğrusu, baş verən hadisə pulla silahın savaşıdır. İşin içinə enerji də girincə, gərginlik pikə çatıb.
Yaxşı, bəs indi nə olacaq? Əsas sual budur.
“Dərin Amerika”nın siyasətdə ən çox etibar etdiyi şəxslərdən biri Senatda çoxluğun lideri olan Mitç Makkonnelldir. “Dərin Amerika” Ağ Evi idarə etmək üçün Mitç Makkonnellə tapşırıq verdi. Bundan sonra o, həmən addım atdı. Ağ Evə gedərək Prezident Trampla masaya oturdu. Əsla söylənməsə də, bir senator prezidenti təhdid edirdi. İşin maraqlı tərəfi də o idi ki, təhdidin mərkəzində Türkiyə dayanırdı.
Makkonnell Trampa dedi ki, “Türkiyə ilə bağlı bizim qərarlarımızı tətbiq edəcəksən. Xüsusilə Suriyada kürd qurumunun böyüməsi önəmlidir. Bu səbəblə, Türkiyəni gücləndirəcək qərarlar alma, açıqlamalar vermə. Türkiyəyə göndərdiyin məktub istədiyimiz kimi idi”.
Normal bir insan ABŞ prezidentinə bunları söyləməyi ağlından belə, keçirə bilməz. Ancaq silah lobbisi gərginliyi artırmaq üçün həmlə edərkən düşünmədi. Adamlarını yolladı və bunları söylətdirdi.
Makkonnell, bu danışıq olduqdan düz 2 gün sonra Trampa bir elçi göndərdi. Yəni, bu dəfə vəzifəni elçinin elçisi alırdı. Trampla görüşən bu şəxs, “Türkiyənin Rusiya ilə münasibətlərinin pozulması son dərəcə önəmlidir. Bu səbəblə, Suriya ilə bağlı Türkiyəni oyundan kənarda saxlayacaq addımlar atacaqsan. Dolayısilə, Türkiyə Pentaqona möhtac qalmalıdır” dedi.
Tramp indiyəqədərki ən maraqlı və proqnoza yatmayan ABŞ prezidentidir. Ağ Evə gəldiyi ilk gündən bu yana aldığı qərarlarla böyük balansı qurmaq yönündə addımlar atdı. Lakin heç kimi xoşbəxt edə bilmədi. Silah lobbisinin iştahı kəsilmədiyi üçün durmadı, davamlı həmlələr etdi. Prezidenti sarsıtdılar.
Tramp mesajı aldımı? Cavabı maraqla gözlənən sual budur. Lakin Vaşinqtondakı təsirli liqa daxilində hər kəsin ortaq görüşü budur ki, “Trampın gələcəyi Makkonnellə bağlıdır”. Çünki Makkonnell istədiyi anda Trampın impiçment edilməsini təmin edəcək qərarı ala bilər.
Tramp Senatdan belə bir qərarın çıxmayacağını bilir. Yəni, “dərin Amerika” Türkiyə ilə bağlı Pentaqonun tələblərini yerinə yetirən bir Tramp görərsə, onun 2020-ci ildə prezident seçkilərinə girməsinə izin verəcək. Əks təqdirdə, qarşıdan gələn ayda Trampın prezidentlikdən getməsi üçün inanılmaz bir kampaniya başlayacaq. Başladılan ruzigar fırtınaya çevriləcək.
Pentaqon nə üçün Türkiyə ilə bağlı tələblər irəli sürür? Dərdləri nədir? Bu sualın cavabı olduqca bəsitdir. Makkonnell bir toplantıda ABŞ-ın ən önəmli iş adamlarına belə bir açıqlama verdi: “II Dünya Müharibəsindən sonrakı nizam istədiyimiz kimi idi. Biz bu nizam üçün çox səy göstərmədik. Kennedi sui-qəsdindən sonra aldığımız sərt tədbirlər ABŞ-ı yeganə supergüc etdi. Bəli, artıq bu nizam dəyişməlidir. Ancaq bizim istədiyimiz şəkildə dəyişməlidir. Bu səbəblə, mərkəzində Türkiyə olan və 20 ölkəni əhatə edən bir dairə bizim üçün çox önəmlidir”.
Bax, elə bu açıqlamadan sonra Türkiyədəki iş adamları yavaş-yavaş öz dollarlarını ölkədən çıxarmağa başladılar. Bu, gözlənilən bir durum idi, lakin bu qədər sürətli olması Makkonnelli də təəccübləndirdi.
Türkiyə gözlənilən addımları atdı. Ancaq yetərli olmadı. İndi ABŞ Türkiyənin Aralıq dənizindən vaz keçməsini istəyir. Ağılasığan deyil, amma adamların dərdi budur. 10 min kilometr kənardan gəlib bizi kənara itələyərək, buradakı zənginliyi və gücü almaq istəyirlər. Bunun üçün də Türkiyəni çətinə salacaq hər cür təşəbbüsün planlarını da cızmaqdadırlar. Daha çox sərtləşəcəklərini də gizlətmirlər. Hər kəs sanksiyalardan danışarkən, onlar masada Türkiyəni beynəlxalq arenada işgörəbilməz hala gətirmə planlarını həyata keçirmək üçün çırpınırlar.
Avropa Birliyi bu məsələdə bitərəf deyil. Tamamilə ABŞ-a indeksli olmaq istəməsələr də, maraqlarına zidd hesab etsələr də, Türkiyəyə bir mesaj verilməsinin lazımlı olduğunu düşünürlər. Milli maraqlara uyğun və müstəqil hərəkət edən Türkiyənin yaratdığı narahatlıq, bax, belə bir şeydir.
AB-nin bu mövqeyi ABŞ-ın əlini gücləndirməkdə və onu cəsarətləndirməkdədir. Türkiyəni küncə sıxışdıracaq həmlənin ABŞ və AB-nin əlbirliyilə 2020-ci ilin mart ayında edilməsi planlaşdırılır. Ən azı, Vaşinqtondakı məşhur otellərin lobbilərində bu tarix önə çıxmaqdadır.
Türkiyə Trampa güvənir. Bunun üçün artıqlaması ilə haqlı səbəblər mövcuddur. Doğrusu, Trampla Ərdoğanın kimyası da uyğun gəldi. Ancaq Tramp Ərdoğanın seçildiyi ilk günləri yaşayır. Dünyanın ən güclü adamı kimi görünsə də, qərar verə bilmir. Qərarları əngəlləyə bilir, ancaq öz qərarını verə bilmir. Ötən il Ərdoğanla keçirdiyi görüşdə Tramp buna eyham vurdu. Onunla eyni fikirdə olduğunu, lakin bu qərarın verilə bilməyəcəyini söylədi. Qərar verməsinə imkan vermirlər.
Yenə Vaşinqtondakı nüfuzlu liqanın təsirli oyunçularının otel lobbilərindəki danışıqlarına dönək. Geniş yayılmış qənaət 6 ay içində çox önəmli hadisələrin olacağı yönündədir. ABŞ nə edəcək? Türkiyə necə davranacaq? Avropa hara düşəcək?
Türkiyə böyük oyunun mərkəzindədir. Çox önəmlidir. Çox dəyərlidir. ABŞ Türkiyəni itələyərək bir yerə gedə, çata bilməz. Gəlib razı salaraq, könlünü almağa və Türkiyənin balans siyasətinə dəstək verməyə məcburdur.
Ancaq Tramp dirənə bilməsə, işlər də, balans da dəyişəcəkdir…
Strateq.az-ındır
Paylaş: