Qasim Süleymani sui-qəsdindən sonra ABŞ hərbi bazalarına ikinci hücum Kenyada baş verib.
Ovqat.com-un məlumatına görə, hücumun məsuliyyətini öz üzərinə götürən əş-Şəbab təşkilatı bazadakı hərbi təyyarələrin də yer aldığı ABŞ texnikalarının tamamilə yox edildiyini açıqlayıb.
Kenya ordusu belə bir hücumun baş verdiyini etiraf etsə də, itkilər barədə məlumat verməyib. Ordunun rəsmi açqlamasına görə, hücum səhər saatlarında olub və terrorçu qətlə yetirilib.
ABŞ ordusunun Afrika Komandanlığı da hava bazasına hücumu təsdiqləyib və baş verənləri izlədiklərini açıqlamaqla kifayətlənib.
Qedy edək ki, əsasən Somalidə təşkilatlanan əş-Şəbab sünni əqidəli quruluşdur və 2012-ci ildə əl-Qaidəyə bağlılığını elan etmişdi. Odur ki, bu hadisənin Qasim Süleymani sui-qəsdilə birbaşa əlaqəsi yoxdur. Sadəcə bu hadisə Qasim Süleymani sui-qəsdin sonra diqqəti Yaxın Şərqə yönələn Pentaqonun bu durumundan istifadə edən sünni radikalların da ABŞ-a qarşı fəaliyyətə keçdiyini göstərir.
Xatırladaq ki, dünən İraqın Səlahəddin vilayətində yerləşən ABŞ hərbi bazasına edilən hücumdan sonra Pentaqon Afrikadakı bəzi qüvvələrini Fars körfəzinə göndərməyə qərar vermişdi. Bu məqsədlə içərisində 2000 dəniz desantının da yer aldığı "USS Bataan" amfibiya gəmisinə bağlı ABŞ flotu Afrikadakı təlimləri buraxıb Yaxın Şərqə göndərilmişdi.
Paylaş: