Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
“Fərhad Mollazadə ilə qohumluğumuz var. Lakin o, hökumətin adamıdır və bizim fərqli siyasi baxışlarımız olduğuna görə uzun müddətdir ki, əlaqəmiz yoxdur”.
Bu sözləri Musavat.com-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində ( XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə barəsində danışarkən bildirib.
Deputat qeyd edib ki, F.Mollazadə ilə qohum olsalar da, heç bir əlaqələri və münasibəti yoxdur, onun saxlanması xəbərini mediadan eşidib.
Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir. DTX-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar