Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Fehim Taştekin
“Əl Monitor”, 11.12.2020
Dağlıq Qarabağ bölgəsində Azərbaycanın erməni qüvvələrinə qarşı uğurundan sonra Ukrayna mediası Ukrayna ordusunun Türkiyənin “Bayraktar”ından istifadə edərək, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas bölgəsini geri almağı planlaşdırdığına dair fərziyyələrlə dolub-daşır. Çünki “TB2 pilotsuz təyyarələrinin Azərbaycan-Ermənistan müharibəsində oyun dəyişdirici olduğu düşünülür.
Müşahidəçilər Ukraynanın 2014-cü ildə itirdiyi əraziləri geri qaytarmaq və Qara dəniz hövzəsində münaqişəni daha da böyütmək naminə Qarabağ nümunəsini təkrarlaya bilib-bilməcəyini müzakirə edirlər. Bəzi xəbərlərdə Ukraynanın PUA-lardan istifadə edərək Rusiyanın ilhaq etdiyi Krımı və Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazını araşdırdığı söylənilir.
Ukrayna xarici işlər naziri Dmıtro Kuleba dekabrın 2-də Türkiyəyə səfəri zamanı Kiyevin Ankaradan gözləntilərini gizlətməyə çalışmayıb. O, ölkəsinin Ankaranın Krım münaqişəsində “liderlik rolu” almasını söyləyərək, XVIII əsrə qədər Osmanlı İmperiyasının tərkibində olan bölgənin Türkiyə ilə tarixi əlaqələrinə işarə edib.
Ankara ilə Kiyev arasındakı getdikcə daha çox hərbi yönə meyllənən münasibətlər istər-istəməz Türkiyəni Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaya daha çox cəlb edir. Rusiyanın Qara dənizdəki üstünlüyünü tarazlaşdırmağı hədəfləyən Türkiyə uzun müddət Ukrayna ilə münasibətlərini yaxşılaşdırmağa çalışıb və bu siyasət NATO-nun Qara dəniz bölgəsində nüfuzunu artırmaq hədəflərinə də uyğundur. Ankara ilə Rusiya əməkdaşlığını davam etdirə-etdirə ilhaqla əsla barışmayıb və Krımın Ukraynaya qayıtması üçün dəstəyini qoruyub.
Münaqişə Ankara ilə Kiyev arasında müdafiə əlaqələrinin artması üçün katalizator olub. Bəziləri bu əməkdaşlığı Ankaranın Moskvaya öz ovlağında təzyiq göstərməsi, Liviya və Suriyadakı müharibələrdə Türkiyənin qisası kimi qiymətləndirir.
İki ölkə arasındakı inkişaf etmiş hərbi əməkdaşlıq üçün zəmin Donbasda Rusiyanın dəstəklədiyi separatçılara müqavimət göstərmək üçün sərt gücdən istifadə tərəfdarı olan Petro Poroşenkonun başçılığı altında 2015-ci ildə imzalanan hərbi müqavilə ilə qoyulub.
Ukrayna, 69 milyon dollarlıq müqaviləyə əsasən, 2018-ci ildə 3 yerüstü məlumat terminalı və 200 yüksək dəqiqlikli raketlə birlikdə 6 “TB2” pilotsuz təyyarə satın alıb.
Poroşenkonun varisi, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə dialoq yolu ilə siyasi həll tərəfdarı olsa da, iki ölkə arasında 2019 və 2020-ci illərdə imzalanan yeni hərbi əməkdaşlıq müqavilələrinə istinadla, Kiyev Ankara ilə hərbi əməkdaşlığı inkişaf etdirib. Fevralın 3-də hərbi və maliyyə əməkdaşlığı müqaviləsi, oktyabrın 16-da Zelenskinin Türkiyəyə səfəri zamanı hərbi müqavilə imzalanıb.
2020-ci ilin noyabrında silahlı qüvvələrin başçısı Ruslan Xomçak Kiyevin 2021-ci ildə əlavə 5 “Bayraktar” almağı düşündüyünü açıqlayıb. Kiyev də son iki ildə Türk “Akıncı” pilotsuz təyyarələri üçün 12 AI-450T turbomühərrik verib.
Başqa bir mərhələ: Ukraynanın dövlət müdafiə istehsalçısı və Türkiyənin “Akıncı” və “Bayraktar” PUA-sı istehsalçısı “Baykar Makina”nın Ukraynada 48 “Bayraktar TB2” döyüş dronu istehsal edə biləcək ortaq bir müəssisə yaratmağa qərar verib. Bir çoxları bu layihənin Türkiyənin Qərbin silah satış sanksiyalarını adlamasına kömək edə biləcəyinə inanır.
Ukrayna ordusu ilk dəfə “TB2” pilotsuz təyyarələrini 2019-cu ilin martında Xmelnitskdə rusiyapərəst separatçılara qarşı sınaqdan keçirib. Rusiyapərəst qruplar o zaman dronların texniki fəsadlara görə işə yaramadığını iddia edib. Bununla belə, Liviya, Suriya və Qarabağ münaqişələrindəki müvəffəqiyyətlərindən sonra “TB2” Ukrayna hərbi strategiyasında mərkəz mövqe tutur.
Türkiyənin hava qüvvələri komandanı “TB2” sahəsində əməkdaşlığı artırmağın yollarını və Ukraynalı həmkarları ilə dron operatorlarının təlimini müzakirə etmək üçün noyabrın əvvəlində Kiyevə yollanıb.
Noyabrın 19-da Ukrayna əlavə testlər üçün “TB2”-i Kramatorsk hava bazasına göndərib. Ukrayna ordusu noyabrın 27-də PUA-ların kəşfiyyat və hədəfvurma qabiliyyətlərini sınamaq üçün Azov dənizi yaxınlığında hərbi təlim keçirib. Bəzi xəbərlərdə pilotsuz təyyarələrin noyabrın 23-də Krım yaxınlığında kəşfiyyat uçuşlarına da göndərildiyi iddia edilib.
Ankara ilə Kiyev arasındakı çiçəklənən əməkdaşlıq və Rusiya-Ukrayna münaqişəsində türk PUA-larının istifadəsi ilə bağlı möhtəkirlik Rusiya mediasında ciddi araşdırma mövzusu olub. “RİA Novosti” Dağlıq Qarabağ bölgəsində Azərbaycan taktikasının müharibəni yaxından izləyən Ukrayna generallarına nümunə olduğunu bildirib. Rusiyapərəst separatçıların Qarabağ dərslərinin Ukrayna ordusunu Donbasda hərbi əməliyyata başlamağa ilham verə biləcəyindən narahat olduqları bildirilir.
Ukraynanın Donbas yaxınlığında tanklar, zirehli texnika, zenit sistemləri və s. yerləşdirməsi bu qorxuları daha da artırıb, çünki Donbassdan 80 km məsafədə Kramatorsk hava bazasından havaya qalxan “TB2” pilotsuz təyyarələri rusiyapərəstlərin mövqeyini asanlıqla vura bilər.
Türk pilotsuz təyyarələrinə əlavə olaraq, Ukrayna dekabrın 2-də hərbi təlim zamanı ABŞ-ın “MQ-9 Reaper” döyüş təyyarələri Ukrayna səmalarında ilk uçuşlarını edib.
Donetsk bölgəsinə nəzarət edən rusiyapərəst separatçılara istinad edən “Nezavisimaya qazeta”, xəbər verib ki, noyabr ayının sonunda Türkiyə Ukraynaya “müştərək zərbə hazırlığı” üçün hərbi müşavirlər göndərib. Xəbər saytı, iki ölkənin Donbasla birlikdə, Krımı nəzarətinə qaytarmaq üçün bir plan üzərində çalışdıqlarını və Ukrayna qüvvələrini dəstəkləmək üçün Türkiyənin suriyalı muzdluları göndərə biləcəyini iddia edib.
Bəziləri Ukrayna tərəfdarlarının rusiyapərəst separatçıların lazımi hava hücumundan müdafiə sisteminə sahib olmadığına işarə edərək Luqansk və Donetsk üzərində nəzarəti geri ala biləcəyinə inanırlar. Lakin bu dəlillər Rusiya faktorunu nəzərə almır. Ruslar Luqansk və Donetski “yeni Rusiya” kimi qələmə verməyə başlayıblar. Ermənistandan fərqli olaraq, Donbas bölgəsi Rusiya ilə sərhəddədir və Moskva bu sərhədi möhkəmləndirib.
Bundan əlavə, Rusiya, hər iki bölgədə 1 milyona yaxın sakinə Rusiya vətəndaşlığı verib ki, bu da 2008-ci il Gürcüstan müharibəsinin “kitab”ından köçürülüb. Gürcüstan şimal sərhədindəki rusiyapərəst separatçılara qarşı əməliyyat başladıqda, Moskva vətəndaşlarını müdafiə etmək bəhanəsi ilə münaqişəyə qarışıb. Kreml mümkün Donbas əməliyyatı olduğu təqdirdə eyni taktikadan istifadə edə bilər. Rusiya prezidenti Vladmir Putin də açıq şəkildə bildirdi ki, Moskva Donbasa Ukraynanın hərbi müdaxiləsinə icazə verməyəcək.
Söz düşmüşkən, Rusiya mətbuatı Donbasda Qarabağdan ilham ala biləcək bir hərəkətə qarşı xəbərdarlıqlarla doludur. Senator Aleksey Puşkov bildirib ki, Qarabağ münaqişəsinin ssenarisi Donbasda təkrarlana bilməyəcək. Puşkovun sözlərinə görə, Azərbaycan Türkiyənin birbaşa dəstəyinə sahib olsa da, Ukrayna belə bir ssenaridə yalnız dolayı NATO və ABŞ-ın dəstəyindən asılıdır.
Ukraynalı millətçilərinin təzyiq altında olan Zelenskinin Türkiyənin dəstəyi ilə Donbasda müharibəyə hazırlaşdığını iddia edən analitik Aleksandr Kots, Ərdoğanın açıq şəkildə Rusiya ilə üzləşməyə cəsarət etməyəcəyini iddia edib.
Ukraynanın Azərbaycanın uğurlarını öz torpağında təkrarlaya biləcəyinə inananlar başqa bir vacib faktora məhəl qoymurlar: Türkiyənin öz qoşunlarını Ukraynaya göndərməsi çox çətindir.
ABŞ-ın yeni seçilmiş prezidenti Baydenin qələbəsi Ukrayna-Rusiya münaqişəsində hərbi həll yolunu dəstəkləyənlərə daha çox verə bilər. Ukrayna Bayden rəhbərliyindən daha konkret dəstək gözləyəcək.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar