Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
FHN-dən “Report”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
(Videonu facebook-da Zəminə Əliyeva paylaşıb)