Xəbər lenti

 

94 saylı dairədən Milli Məclis üzvlüyünə namizəd Zahid Oruc təbliğat proesinə uyğun olaraq bu gün 100-ə qədər sakinlə görüşüb.

Axar.az xəbər verir ki, Mollalı, Yerliağalı və Məşədiibişli kəndlərindən gələn seçicilər namizədə ötən beş ildəki fəaliyyətinə görə böyük təşəkkürlərini çatdırıblar.

Cari istəkləri, problemləri, qayğıları müzakirə edilib.

Su kanallarının təmizlənməsi, məktəb təmiri, artezian qazıntısı, həkim çatışmazlığı, Məşədiibişlidə yol təmiri və elektrik xətlərinin yenilənməsinə ehtiyac olduğu dilə gətirilib.

Z.Oruc bu məsələlərin həlli ilə bağlı dövlət proqramları kontekstində müvafiq işlərin görülə biləcəyini və bunun üçün vacib addımlar atacağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 23-01-2020, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma