Xəbər lenti

Mənzillərə istiliyin verilməsinin mayın 1-nə qədər uzadılması ilə bağlı təklif də daxil olmaqla, Azay Quliyevin İctimai Şuraların üzvləri ilə keçirdiyi görüşdə qaldırılan bütün məsələlər ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub.
Ovqat.com xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin sədri Elməddin Behbud deyib. O bildirib ki, hələlik hökumətin bu məsələ ilə bağlı hansı qərar qəbul edəcəyi barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə keçirilən telekonfransda ictimai şuraların sədrləri evlərə verilən istiliyin mayın 1-nə qədər uzadılması barədə təkliflər ediblər. Təklifdə məqsəd insanların karantin rejimində evdə qalması səbəbindən istiliyə olan tələbat və kommunal xərclərin artmamasıdır.
Xatırladaq ki, qanunvericiliyə görə, Bakıda mənzillərə istiliyin verilməsinə noyabrın 15-də başlanılır və aprelin 15-də dayandırılır.




Ana səhifəyə qayıt        Baxış: 1 687          Tarix: 14-04-2020, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma