Xəbər lenti
Dünən, 19:25


Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilən məlumatla əlaqədar Bərdə Rayon Prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 157          Tarix: 8-06-2021, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma