Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
Səhmlərinin 75 faizi AMEA prezidenti Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus olan “Bank BTB”-nin maliyyə hesabatlarından belə məlum olur ki, bank heç də ən yaxşı günlərini yaşamır.
“AzPolitika.info” bankın 2021-ci ilin 3-cü rübünün maliyyə nəticələrinə istinadla xəbər verir ki, “Bank BTB”-nin faiz və qeyri-faiz gəlirləri, əməliyyat mənfəəti və tələbli depozitləri xeyli azalıb. Əvəzində, bankın ümumi öhdəlikləri təqribən 6 milyon manat artaraq 308 milyon manata çatıb.
9 ayın nəticələri göstərir ki, məsələn, “Bank BTB” ötən ilin eyni dövründə maliyyə institutlarına, yəni digər banklara verilən kreditlərdən təqribən 2,4 milyon manat gəlir əldə etmişdi. Amma bu il həmin gəlirlər kəskin azalıb. Bankın faiz xərcləri isə bu müddətdə 1,12 milyon manat və ya 11% artaraq 11,5 milyon manat olub. Artımın səbəbi bankdakı əmanətlərə görə müştərilərə ödənilən faizlərin artmasıdır. Bu ilin ilk 9 ayında “Bank BTB” əmanət müştərilərinə 8,5 milyon manat faiz ödəyib ki, bu da ötən ilin eyni dövründən 2 milyon manat artıqdır. Nəticədə, 9 ayın yekununda bankın xalis faiz gəliri 2 milyon manatdan çox azalaraq 7,37 milyon manat olub.
Nəticədə, 2021-ci ilin 3-cü rübünün yekununda “Bank BTB”-nin əməliyyat mənfəəti cəmi 62 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 dəfədən də çox azdır. Belə ki, ötən il bankın əməliyyat mənfəəti 1,4 milyon manat olmuşdu.
Ən əsası isə, bankın tələbli depozitləri, yəni şirkətlərin bankdakı pulları kəskin şəkildə azalaraq, 42 milyon manatdan 16 milyon manata enib. Bu da iri müştərilərin banka nə dərəcədə etibar etmələrinin göstəricisi sayıla bilər...
Qeyd edək ki, “Bank BTB”-nin 2021-ci ilin 1-ci rübünə aid maliyyə göstəriciləri də ürəkaçan deyildi. Belə ki, bankın rəsmi hesabatına görə, onun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azalmışdı. Ümumilikdə isə bank 2020-ci ili 9 milyon 130 min manat xalis zərərlə başa vurub və bununla da onun yığılmış zərəri 12 milyon manata çatıb. Hansı ki, bu bank sabiq administrasiya rəhbərinin vəzifədə olduğu dönəmdə ardıcıl olaraq, xalis mənfəət əldə edir və kapitalını artırırdı...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar