Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Qondarma “QDR”-nın müdafiə naziri Kamo Vardanyanın dəvəti ilə Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan noyabrın 6-da Qarabağa iki günlük işgüzar səfərə gəlib.
Ovqat.com xəbər verir ki, məlumatı “qondarma respublika”nın rəsmi Telegram səhifəsi yayıb.
Məlumata görə, Arşak Karapetyan separatçı “müdafiə ordusu komandanı”nın müşayiəti ilə hərbi istehkamlara baş çəkib, döyüş növbətçiliyi aparan hərbi qulluqçularla görüşüb, mövqelərin möhkəmləndirilməsi, eləcə də sosial xidmət şəraiti ilə tanış olub.
Qeyd edək ki, Ermənistan Müdafiə nazirinin Qarabağa bu səfəri 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın bütün tezisləri ilə ziddiyyət təşkil edir və müharibə səbəbi sayılır. Erməni nazirin bu təxribatçı addımının tərəflərin bu həftə Moskvada keçirilməsi planlaşdırılan görüşü ərəfəsində atılması da açıq şəkildə danışıqlar prosesinin indidən pozulmasına xidmət edir. Yəqin ki, rəsmi Bakı Rusiya qarşısında bununla bağlı məsələ qaldıracaq və Moskvanın üzərinə götürdüyü sülhməramlı missiyanı pozmasına aydınlıq gətirməsini tələb edəcək.
Kremlin vaxtaşırı bu missiyanı yerinə yetirməməsi Azərbaycan tərəfinə onun Qarabağdakı fəaliyyətinə son qoyulması barədə məsələ qaldırmasına hüquqi zəmin yaradır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar