Xəbər lenti

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxovun əmri ilə Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.

Digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib. 1978-ci ildə Naxçıvan şəhərində doğulan Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur. 

Qeyd edək ki, sözügedən poliklinikanın fəaliyyəti kifayət qədər narahatlıq doğururdu. Xüsusilə, tibbi yoxlanış və arayışların verilməsi, tibbi sığorta göndərişləri ilə müayinə və müalicələrin təşkili və aparılması yarıtmaz halda idi və bu, əhalinin haqlı narazılığına səbəb olurdu.




Ana səhifəyə qayıt        Baxış: 3 342          Tarix: 22-05-2023, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma