
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda başlayan yanğının söndürülməsi davam edir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görürlər.
11:52
Sumqayıtda zavodda yanğın başlayıb.
“Trend”in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən Etilen-Polietilen zavodunda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sumqayıt ərazisində Etilen-Polietilen zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
“Hazırda qüvvələrimiz əraziyə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir”.
Paylaş: