Xəbər lenti

 

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Ovqat.com APA-ya istinadən xəbər verir ki, hadisə yolun 402-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. "BMW" və "Škoda" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 11-08-2017, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma